Xəbərlər

“Babəki verən xalqın özünü balaca sayması günahdır”

(14 mart Böyük Babəkin edam olunduğu gündür)  Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaş­larımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]

Xəbərlər

Asif Ata Tarixə çatmaq. Babəkliyimiz (I və II hissə)

I. TƏLƏBTarixi görmək üçün daxili göz gərək – RUHANİ. II. BABƏKLİYİMİZ XƏLİFƏT BOŞLUĞUKeçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginli­yin­də, dəbdəbəsində.Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqam­larda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, məna­sız­la­şıb. Xəlifə Möhtəşəmliyində, mənəm-mənəmliyində Boşluq var – çilçıraqlı. Xəlifətin mənasında, mahiyyətində, zülmündə, zinətində, hə­şi­rin­də, […]

Xəbərlər

Soylu Atalı Babək Özgürlük simgəmizdir

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)  Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Xəbərlər

Asif Ata Babəkliyimiz – Xürrəmdinliyimiz

I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, […]

Xəbərlər

Qutsal “İnsanilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 45-ci iliQutsal “İnsanilik” BayramınınGediş Yazısı Yer: Qaraçuxur (Nurtəkinin evi);İlsıra: 15 Günəş Ayı;Çağ: 15:00 Hazırlığa sorumlu Göytəkin, Nurtəkin Atalılardır.Ocaq quralları yerinə yetirilir. Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir. Bayram Qonusu: Yad ideologiyaların, quruluşların etkisi altında özgürlüyünü itirən insanın çıxış yolu İnsanlığın gəlişməsində milli şüurun rolu Bayram […]

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəni

Asif Atanın Mütləqə İnam Ocağı 21 Qar Ayı, 44-cü ildə (yanvar, 2023) “Uluyol-Hünər” Ailəsinin aylıq “Ailə Günü” toplantısını keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözə başladı: Xoş gəlmisiniz. Yenidən sizinlə bir arada olmaq xoş bir əhval yaradır. Yenidən üz-üzə gəlmək bizim doğmalığımızı artırır, həm də yeni əhvala kökləyir. Ay içində Atadan oxuduqlarım, özümləşdirdiklərim, […]