Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 33-ili “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin XII Aylıq Toplantısının GEDİŞATI Yer: İnam Evi (İçərişəhər); Tarix: 26 Köçəri Ayı, 33-il; Vaxt: Saat 15.00
Xəbərlər
Azərbaycanın bölünmüşlüyünün ildönümü – Türkmənçay müqaviləsi (II hissə)
Köçəri Ayının (fevral) 10-u Azərbaycanın tarixi faciələrindən biri olan Türkmənçay müqaviləsinin növbəti ildönümüdür. Məsələnin aktuallığını nəzərə alıb, “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında aşağıdakı yazını dərc edirik. (arxivdən) Ağşın Ağkəmərli: İstəklərimiz, söhbətlərimiz üst-üstə düşür, bir-birinə yaxındır. Abil bəyin dediyi bəzi məqamlar var idi. Mən bu məqamlara toxunmaq istəyirəm. Məsələn, 20-ci əsrin əvvəlindən sonuna qədər yüz ildə dörd […]
Müqəddəs “Ailə Günü” Mərasiminin Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 33-ili Müqəddəs “Ailə Günü” Mərasiminin GEDİŞATI Tarix: 6 Köçəri Ayı. Yer: İnam Evi (İçərişəhər). Vaxt: 14.00
Soylu Atalı. İnsana doğru (VI yazı)
DİN – DÖVLƏT Tarixdən bizə dinlə dövlət arasında ziddiyyətlərin olduğu məlumdur. Bu gün də dini dövlətdən uzaq saxlayırlar. Doğrudur, hakimiyyətə gəlmək üçün dindən sui-istifadə halları tarixdə kifayət qədər baş veribdir. Dinin başında duranlar hakimiyyəti ələ keçirmək üçün kütlənin avamlığından istifadə ediblər. Hakimiyyəti Allahın səltənəti kimi təbliğ edərək onu ələ keçirməkdə kütləni həşirə salmaq böyük rol […]
Azərbaycanın bölünmüşlüyünün ildönümü – Türkmənçay müqaviləsi (I hissə)
Köçəri Ayının (fevral) 10-u Azərbaycanın tarixi faciələrindən biri olan Türkmənçay müqaviləsinin növbəti ildönümüdür. Məsələnin aktuallığını nəzərə alıb, “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında aşağıdakı yazını dərc edirik. (arxivdən) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Giriş olaraq bildirmək istəyirəm ki, qarşıdan “Türkmənçay müqaviləsi”nin 182-ci ildönümü gəlir. Biz üç nəfər ziyalı – Abil Ulusoy, əslən Təbrizli Ağşın Ağkəmərli […]
Soylu Atalı. İnsana doğru (V yazı)
MƏDƏNİYYƏT və AZADLIQ Hər bir xalq özünün yaratdığı mədəniyyətlə varlığını qoruyur. İnsan sürülüyə mədəniyyətlə son qoyub. İnsan həyatda nə etməli olduğunu mədəniyyətlə müəyyən edir. Başqa sözlə, mədəniyyət ulusal yaşam təcrübəsi yaradır. İnsanlar birgə istehsal yaradır, ölüsünü dəfn edir, dirisinə münasibət yaradır, bir dildə danışır, bir tarixə malik olur. Bütün bunlar müəyyən qaydalarla, nizamla həyata keçirilir. […]

