Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 38-ci ildə V “Ailə Günü”nün Gediş Yazısı Gün: 24 Od Ayı; Yer: Təbiət; Başlanır: 10.00. Yer Mərasimin ruhuna uyğun biçimdə hazırlanır. Təşkilatca işlərə Göylü və Güntay Atalılar sorumludur. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Xəbərlər
Üstün Atalı. Sevgidən doğan səfər (Qusar bölgəsinə səfərim)
Dünyanı yenidən öyrənmək, həyatı yenidən duymaq, insanı yenidən bilmək – adamda necə ülvi duyğular oyadır. Bunları duymaq, yaşamaq gözəldir. Mənim bunlara varmağımın bir ünvanı da səfərlərdir. Canlı ünsiyyətlərin, doğmalığın aradan getdiyi bir zamanda, insanın balaca bir sevincə həsrət olduğu dövrdə belə bizim içimizdə ünsiyyət ehtiyacı, insanlarla doğmalaşmaq istəyi azalmır. İnsanlığın yaşadığını, yaşaya biləcəyini haraylamaq, yurdumuzun […]
Soylu Atalı. Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı
Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. […]
Güney Azərbaycan bölgə hadisələri fonunda
Göylü Atalı: Ürəyinizdə Günəş Olsun! Bu gün İran dövlətinin yörəsində gedən proseslər Güney Azərbaycanın taleyinə birbaşa etki göstərir. O Tay, Bu Tay Azərbaycana siyasi və mənəvi basqılar da artır. Bu nə ilə bağlıdır?! Bu suala cavab almaq üçün əslən Təbrizli Ağşın Ağkəmərlinin, Abil Ulusoyun, müxalif düşərgədə tanınmış aydın Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü […]
“Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin 38-cı ildə IV “Ailə Günü”nün Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin 38-cı ildə IV “Ailə Günü”nün Gediş Yazısı Gün: 26 Şölə Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 17.00 Oda Mərasimin ruhuna doğma biçimdə hazırlanır. Təşkilatca işlərə sorumlu Üstün Atalıdır. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Aktyor evindəki görüşdən sonra ədəbiyyat tənqidçiliyi ilə bağlı Asif Atadan radio üçün götürülmüş müsahibə
Aparıcı: Hörmətli tamaşaçılar, indi sizə təqdim edəcəyim müsahibimi ədəbiyyat həvəskarları yaxşı tanıyır. Yaxşı tanıyır o mənada ki, vaxt vardı 60-cı illərin axırından 70-ci illərin ortalarına qədər bu tanınmış tənqidçi-filosof jurnallarımızın, qəzetlərimizin səhifəsində Azərbaycan ədəbiyyatı haqqında, Azərbaycan mədəniyyəti haqqında fəlsəfi fikirlə, fəlsəfi fikir dərinliyi ilə müdrik sözlər deyirdi və öz poeziyasını, öz ədəbi qiymətvermə meyarlarından bacarıqca […]

