Xəbərlər
Əkbər Qoşalı. -FƏRƏHMİ? -FƏRƏH!
Asif Ata hələ sağlığında əfsanəli bir insandı. Mən onu yalnız bir dəfə canlı görmüşəm – öyrənci vaxtlarımdı, Şəhidlər Xiyabanı səmtindən avtobusla ötürdüm, evladlarından biri ilə Şəhidlər Xiyabanına doğru addımladığını gördüm: – başı dik, üzü işıqlı, addımları mətin, özündən əmin və fərəhli..! Sonralar Asif Atanı yaxından tanıyanlarla söhbət etdikcə, öncələr oxumadığım əsərləri ilə tanış olduqca Asif […]
Soylu Atalı. Şəhidlər Xiyabanında
Min Şəhid ağladı içimdə bu gün, Min Şəhid ruhunu dağladı ahım. O qərib ruhlular Yurdunda sürgün, O Yurdsuz ruhlara ağladı ahım. O qanlı illərin ağrısı döndü, İçimdə alışdı, yandı çata-çat. Elə bil göylərin işığı söndü, Elə bil soyudu, dondu kainat. Daş gözlər gözümə dikildi səssiz, Elə bil min ildi donub baxışlar. Hər üzdə suallar oxudum […]
Araz Gündüz. OCAQ – İNSAN
Tarixin dolanbac yolları ilə irəlilədikcə, Türk kimliyimizlə bağlı çoxlu sayda müqəddəs dəyərləri itirə-itirə gəlmişik. Onlardan birini xatırlatmaq istəyirəm: “Ocaq” sözünü yalnız cansız obyektlərə deyil, insanlara da aid edərdilər. Biraz diqqətli olsanız, bir türkəsaya kişinin dilindən bugün də – vicdanlı, halal, müdrik, ən başlıcası isə, yardım üçün əl uzadan insanların müşküllərini yoluna qoya bilən, “kəramət sahibi” […]
İlqar Tağı. Asif Ata Ocağının 40 illiyi
Asif Atanın fəlsəfi irsinə dərindən bələd olmadan haqqında ekspert rəyi bənzəri fikir söyləmək diletantlıq, ya da söz xatirinə söz deməkdən başqa şey deyil. Asif Ata haqda fikir sərgiləmək eyni zamanda milli dəyərlərimizə yanaşmamız qədər sorumluluq tələb edir. Çünkü Asif Atanın təliminin rişələri minilliklərin milli, mənəvi tarixinə dayanır… Buna baxmayaraq, az-çox oxuduqlarıma, çoxillik təəssüratlarıma əsaslanaraq, bir […]






