İnsan faciəsinin tarixi elə insanlığın yaşı qədər qədimdir. Bu tarixi səhifələmək necə də dəhşətlidir. Adamın ürəyi üzülür. Tarixi vərəqləmək, xatırlamaq istəmir. Dünyanı sevmək yerinə dünyadan əl götürmək istəyirsən. Bu cür dünyada yaşamaqdan fərəh ala bilmirsən. İnsanın fəlakətlər tarixinin hansı səhifəsini açırsan orada qladiatorluq dövrünün amansızlığını oxuyursan. Fəlakət fəlakət olaraq qalmır, o, dərinləşir, hüdudsuzlaşır. Sonsuz qatlarda […]
Soylu Atalı. Zəkanın demədikləri
(Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, […]
Qutsal “İnsanilik” Bayramı
Ocaq Günsırası ilə 15 Günəş Ayı, 43-cü ildə Mütləqə İnam Ocağı Qutsal “İnsanilik” Bayramını keçirdi. Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Bu gün Asif Atanın – İnam Atanın “Mütləqə İnam” Ocağı “İnsanilik” Bayramını keçirir. “İnsanilik” Bayramı özü bir törəndir. Ona görə də törəni Atanın, bayrağımızın qarşısında keçiririk. Bayram deyəndə belə düşünülür, […]
Soylu Atalı. Həyatdan üstün yaşamaq axtarışı
(İ.S.Turqenevin “Atalar və Oğullar” kitabı üstə düşüncələr) Turgenevin bu əsəri həyata obyektiv yanaşmanın insani bir durumunu göstərən sənət örnəklərindəndir. Aydın mühakimələr, bədii, assosiativ çalarlar oxucunun qarşısında düşüncə səhifələri açır. Turgenevin obrazları da yaradıcı obrazlardır. O, bu obrazları vasitəsiylə dövrün ənənəvi xüsusiyyətlərini, ictimai psixologiyasını görmək, dərk eləmək imkanı yaradır. İnsanların həyatla, mühitlə əlaqələrini dolğun biçimdə izah […]
Amaldaşları Nurtəkin Atalıya başsağlığı verdi
Asif Atanın Mütləqə İnam Ocağı Nurtəkin Atalıya bacısının ərinin ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin. Yurdu, Ulusu var olsun.





