Ocaq Günsırası ilə 13 Şölə Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq – Asif Atanın “Mütləqə İnam” Ocağının Xəlqilik Bayramını keçiririk. Tarix üçün xatırlatmaq istəyirəm: Ocaq bayramları Asif Atanın ölümündən sonra keçirilməyə başlamışdır. […]
Ata Sonevinin Ziyarət Günü Mərasimi
Ocaq Günsırası ilə 5 Şölə Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ata Sonevini Ziyarət Günü” mərasimini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Asif Ata Sonevinin Ziyarət Gününün sonrakı toplantısını keçiririk. Ocaqda ölənlərimizi – Sabahlını, Amaltayı, Bağbanı Ata Sonevinin ziyarətində qəbul edirik. Onların […]
Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)
AYIQ – KEFLİ. Kefli İsgəndəri eşitmədilər. Çünkü kefli idilər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər. ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər əslində Allahı ən çox sevənlərdir. KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı. DİV ÜRƏYİ. Divin ürəyi özündən qıraqdadır, bu səbəbdən də qəddarlığında sərbəstdir. İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq İsanın anasıydı. Bu səbəbdən […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəni
Ocaq Günsırası ilə 22 İşıq Ayı, 43-cü ildə (may, 2021) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün 22 İşıq Ayıdır, hamınızı Ailə Günündə xoş gördük. Ocaq tədbirlərinin önəmi böyükdür, hər zaman bizi kökdə saxlayır. Öncə bu aydakı yaşantılarım haqqında danışmaq istəyirəm. Bu ay, keçən aya […]





