Dövrün, zamanın tikdiyi möhtəşəm saraylar – içində böyütdüyü bəşər övladının səmtini necə bəlirlədi?! Yolunu haralardan saldı?! Biz bunları tarix səhifələrindən oxusaq da, ürəyimizdə işıq, ağlımızda təpər yarada biləcək səbəb tapmırıq. Çünkü bəşər övladının yaşamı gözlərimizin önündə qaralmalardan başqa bir şey canlandırmır. Çünkü İnsanlığın gözəlliyi tarixdə özünə yer tapa bilmir. Təklərin varlığına yazılmaqla zamanlardan yüksəyə […]
Göytəkin Atalı Qanunun Yanlışları
(V.Hüqonun “Səfillər” əsərinə yönəlik düşündüklərim) Viktor Hüqonun “Səfillər” əsərini oxudum. Zaman-zaman yaşanan, bu günümüzdə də davam edən İnsanlıq sorunlarını əsərin qəhrəmanlarının yaşantılarında aydın bir şəkildə izləyirik. Həyatın zorluqları qarşısında insan necə yaşamalı, mənəviyyatını qurmaq, onu qorumaq üçün nələrə dözməlidir?! Cəmiyyətin insana yanaşma tərzi – insanın insana münasibətindən doğan çatışmazlıqlarla formalaşır. Nədən insanlar bir-birinə qənim […]
Soylu Atalı Xocalının Pərdələnən İlləri
Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]
Qutsal “Yeni İl” Törəninin Gediş Yazısı
Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 44-cü ili Qutsal “Yeni İl” Törəninin Gediş Yazısı Yer: Günev Atalının evi (Biləcəri); Günsıra: 1 Günəş Ayı, Ümid Günü; Başlanır: 14:00 Törənin keçiriləcəyi oda Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Günevlə Göylü Atalılar sorumludur. Hamı “İnam soraqlı Yeni İlim, xoş gəldin!” deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı […]
Soylu Atalı Milli Faciəmizin Xocalısı
Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Yeni Ruhsal səfərlərimiz
Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız. Asif Atanın Mütləqə İnam Ocağı özünün başlıca əməl gələnəklərindən biri olan ruhsal səfərlərini davam etdirir. Çağaşırı bölgələrə gedir, ayrı-ayrı soydaşlarımızla görüşlər keçirib Asif Atanın ideyalarından, milli-insani düşüncə yönündən soraqlar verir. Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Bilən Atalının təşkilatçılığı ilə bölgəyə səfər etmiş, ayrı-ayrı insanlarla görüşlər keçirmişdir. […]







