Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata Mütləqlə Görüş
– Sən əbədisən, möhtəşəmsən, sonsuzsan, əvəzsizsən, sənə səcdə qılıram.– Mən Sənəm, Özünü yaxşı tanı. Mən Səndə Varam.– Mən Sən ola bilmərəm. Ağlım naqisdir, hissiyyatım bulanıqdır, iradəm zəifdir, qədim olsam da, naşıyam, özümə ləyaqətli həyat qura bilməmişəm, yanlışlıqlar içərisində itmişəm, çox axtarıb az tapıram, yaratdıqlarıma sahib olmamışam, ehtiraslarımı cilovlamağı bacarmamışam, daxilimdəki şəri öldürməmişəm. Mən Sən deyiləm. […]
Qutsal “Şərqilik” Bayramı
Ocaq Günsırası ilə 12 Ata Ayı, 44-cü ildə (sentyabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayaq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı gələnəksəl olaraq, öz Şərqilik Bayramını həyata keçirir. Bu il 25 ildir biz bu bayramı həyata keçiririk. […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin
Gediş Yazısı
Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 44-cü ili “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 26 Yağış Ayı;Vaxt: 14:00. Təşkilatca sorumlu Göytəkin, Nurtəkin Atalılardır. Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir. Törən qonuları: Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. Azadlıq nədir? Azadammı? – qonusunda düşüncələr bölüşülür. “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa […]
Nurtəkin Atalı İnam Evi – Ruhsallığın qorunması, qurulması
Hər bir ideya yaxşı niyyətlərlə başlayır. Ya da yaxşı niyyət adı ilə başlayır. Çağdaş dünyada savaşın da adı azadlıq gətirməkdir. Rusiya bizə azadlıq gətirmədimi? Hətta o azadlığı, əslində işğal gününü illərlə qeyd etdik. Çağdaş dünyada yardımın da adı işğaldır. Elə yardım edilir ki, asılı duruma düşürsən. Xəstəliklə elə mübarizə edir ki, sağlamlığını itirir, yenə də […]
Asif Ata İdealla söhbət
– Niyə Sən əlçatmazsan: məni cəlb edirsən, cəzb edirsən, çağırırsan, həm də daim məndən uzaqlaşırsan? Niyə sən gerçəklikdə özün olmursan, özünə bənzəmirsən, öz əksinə çevrilirsən?– Çünki mən SƏNİN hüdudsuz arzularından doğuram. Arzuların sonsuzdur, kamildir, ülvidir, ancaq hissiyyatın, mənəviyyatın, idrakın hələ naqisdir, adidir, nöqsanlıdır. Sən qədim olsan da, özünü tapmamısan, özünə çatmamısan, özünün ali imkanlarından uzaqsan. […]







