Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq ilsırasının 44-cü ili“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 21 Qar Ayı;Vaxt: 15:00. Təşkilatca sorumlu Göytəkin, Nurtəkin Atalılardır. Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir. Törən qonuları: Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. Ata sözü: “Məsuliyyət qorxmazlıqdır – yəni İradənin qorxu üzərində qələbəsidir.” “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,“Atamız Var […]
Qutsal “Bəşərilik” Bayramı
Ocaq Günsırası ilə 12 Sərt Ayı, 44-cü il (dekabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını həyata keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Bu gün Qutsal Bəşərilik Bayramını həyata keçiririk. Sabahlı, Bağban, Amaltay bizimlədir. Biz onların adlarını mərasimlərdə çəkirik. Gərəkdir elə bayramlarda da çəkək. Ailə Günlərində də […]
“Uluyol-Hünər Ailəsinin “Ailə Günü” törəni
Ocaq Günsırası ilə 23 Xəzan Ayı, 44-cü ildə (oktyabr, 2022) “Uluyol-Hünər” Ailəsinin aylıq “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ay Atanın “Təməl” kitabını oxumuşam. Əslində Atanın bütün kitablarını oxumuşam. Ancaq bəzi kitablarına təkrar-təkrar qayıdıram. Təməl kitabından bəzi düşüncələrimi bölüşəcəm. Öncə öz halım […]
Göytəkin Atalı Böyümə
(Soylu Atalının “Düşünməyin İnam Ölçüsü” kitabı üstə düşündüklərim) Bu kitab Soylu Atalının ayrı-ayrı çağlarda Ocaq tədbirlərindəki düşüncələrindən oluşubdur. Kitabda amallaşma yönündə oxunanlarla bağlı düşüncələr, kamilləşmə yönü ilə bağlı araşdırmalar, aydınlaşdırmalar, özünün bireysəl bioqrafiyası ilə bağlı səmimi etiraflar, siyasi məsələlərə yönəlik analitik mövqe, bəşər tarixində dünyanın halını etkiləmiş ideyalar haqqında bilgilər yer alır. Kitabı oxuduqca insan […]
İnamlı Atalı Asif Ataya üztutma
xxx Düşüncələr bolluğunda çaş-baş qalmışdım, Yön göstərdin! Dünyanı yenidən tanımağa başladım.Dağınıq Duyğular içində azıb qalmışdım, aydınlıq gətirdin! Özümü tanımağa başladım.Dünyanı öyrəndikcə özümü gördüm!Özümü öyrəndikcə dünyanı gördüm!Anladım ki, dünyanın, həyatın, insanın haqqında Həqiqətləri dərk eləmək üçün onların mahiyyətinə doğmalaşmaq gərəkdir.Müqəddəs Ata Mütləq Həqiqətə yetmək üçün qolumdan qaldır, kömək ol mənə!“Ağlımı ağlınla,Qəlbimi qəlbinlə,İradəmi iradənlə işıqlandır – Sənə […]
Asif Ata Ölümlə Görüş
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə […]







