İnsanlar arasında münasibətin yaranması üçün həmişə səbəb var. İnsanlıq ortaq keyfiyyətdir. Hər kəs ya gerçəkdən insani yaşayır, insani davranır, münasibət qurduğuna qarşı da insani davranış göstərir. Bu yanaşma ruhsal yanaşmadır, əsildir.Ya da kimlərsə özlərinin insanca yaşadığını, onlarda hansısa üstün cəhətlərin olduğunu nümayiş etdirərək özünə qarşı baxış yaratmağa çalışır. Yalnız deyilənlərin doğru olmadığı, əslində görüntü olduğu […]
Soylu Atalı. Türkçülük Bəşəri Tələbdir
Bu gün insanlar arasında hər bir fikrə subyektiv baxış kimi yanaşma halları çoxalıb. Hətta varlığa yeni yanaşmaların danılmaz qatlarını ortaya qoysan da, bu, düşüncələrdə subyektiv xarakter daşıyır. Varlığa köhnə yanaşmaları isə bilim adamlarının, eyitim görmüş adamların içərisində elələri var ki, obyektiv yanaşma saymasalar da, subyektiv yanaşma da saymırlar. Çünkü gerilik səviyyəsində düşünən toplumun basqısından çəkinmələr […]
ASİF ATA. Türkçülük ideologiyasının meydana çıxma səbəbləri barədə bir neçə söz
Azərbaycan milli ideologiyasının banisi, Şərqdə ilk demokratik respublikanın rəhbəri Məmməd Əmin Rəsulzadə türkçülük prinsipini müsavatın başlıca şərtlərindən biri hesab edirdi. Hələ o dövrdə böyük Türk Dünyası üçün pantürkizmin daşıyıcıları az olmamışdır. Türkçülük ideyası bütün zamanlarda məqbul bilinən milliliyi və milli birliyi bəşəri səviyyəyə qaldıran əsas amil kimi özünü göstərib. Bu ideologiyaya müxtəlif yöndən yanaşan, onun […]
Soylu Atalı. Türkiyə yağını yaxasından düşürməlidir
Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. […]
Asif Ata. Cəmiyyətdə Mütləq
İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqalarıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpəsəndliyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu.İnsan özündə qala bilməzdi, özünü başqalarında tapmalıydı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin yalnız […]
Soylu Atalı. Türklüyə bulaşmış fəlakət
Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün […]



