Aşiqlik aqibəti. Peyğəmbərlik aqibəti. İmtina qətiyyəti.Duyğu ciddiyyəti. Vəcd əzəməti.Ülvi səda hikməti. Ali kəlam qüdrəti.Heyranlıq təlatümü. Vurğunluq təlatümü.Müqəddəs istək. Müqəddəs ürək. Müqəddəs gözlər.Müqəddəs əllər. Müqəddəs Səma. Müqəddəs ana.Müqəddəs torpaq. Müqəddəs kəlam.Müqəddəs sükut. Müqəddəs məqam.Səhər müqəddəsliyi.Gecə müqəddəsliyi.Çay müqəddəsliyi.Dağ müqəddəsliyi.Xatirə müqəddəsliyi.Əməl müqəddəsliyi.Mütləqlə söhbət. Ürəklə söhbət. Təbiətlə söhbət.Ruh qanadı. Vəhy qanadı. Təb qanadı.Müqəddəsçi taleyi.Həqiqətçi taleyi.Dözüm zirvəsi. Səbr zirvəsi.Həsədə enməmək.Fəsada […]
Soylu Atalı. Aktiv ruh, passiv ruh
… “Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir.İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var: görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir də […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı İnamlı Atalıya qardaşı Nurəddin bəyin ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. İnsan Günahkarlığı
Mütləqi unutmaq. İnsanı unutmaq. Vicdanı unutmaq.Çirkinlik bataqlığı. Xudbinlik bataqlığı.Hərislik bataqlığı.Əsirlik bataqlığı.Vəhşilik bataqlığı.Dişilik bataqlığı.Erkəklik bataqlığı.Əyrilik bataqlığı.Qəbahətə tapınmaq. Ülviyyəti yanılmaq.Xalisi atıb naqisi tutmaq.Ucanı atıb alçağı tutmaq.İgidi atıb qorxağı tutmaq.Alini atıb bəsiti tutmaq.Qüdrəti nemətə qurban vermək.Ölməzliyi şöhrətə qurban vermək.Əbədini keçiciyə qurban vermək.Ruhu bədənə qurban vermək.Zəkanı ağıla qurban vermək.İdrakı xülyaya qurban vermək.Eşqi işrətə qurban vermək.Məişətdə itmək. Var-dövlətdə itmək.Nifrət çoxluğu. Fitnə […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin Gediş Yazısı
Asif Atanın – İnam AtanınMütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 20 Xəzan Ayı, 46-cı il;Başlanır: 15:00. Yer: Nurtəkin Atalının evi (Qaraçuxur qəs.) Törən odası hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı, “Ataya Günorta Ricası”nı İnamlı Atalı deyirlər. Ocaq Yükümlüsü Soylu Atalının sözü dinlənilir. Törən qonuları: “Ata Ruhunu […]
Böyüklüyə münasibət
(Amaldaşlarla dialoq silsiləsindən) … Müsəlmana deyirlər, hər an Allahı düşün, Allahı xatırla. O da gündə min yol təsbeh çevirib “sübahan Allah” deyilişini təkrar-təkrar söyləyir. Əslində bilmək gərək, sən hər an ədalətli olanda Allahı xatırlayırsan, Allahı unutmursan. Hər an ədalətli ol, dürüst ol, doğruçu ol, xeyirxah ol, mərhəmətli ol. Bu, hər an Allahı yaşatmaq, Allahlı olmaq […]






