Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Ailə (“Mütləqə İnam” Bitiyindən)

Ailə cismani əlaqələrin ruhani əlaqələrə yüksəlməsidir. Ailədə insan cismanini ruhaniləşdirir, sonlunu sonsuzlaş­dırır, ölümlünü ölümsüzləşdirir. Ailə məhəbbət əsasında yaranır. Məhəbbət cismani ehtirasın ruhani münasibətə çevrilmə­sidir. Ailədə cinsi duyğu ruhani məqsədlərə xidmət edir. Ailə kişilik, qadınlıq və övladlıq ülviyyəti yaradır. Kişiliyin ruhani mahiyyəti üç şəkildə aşkara çıxır: evin atası, övrətin yaxın dostu və övladın valideyni şəklində. Kişilik […]

Xəbərlər

Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:

ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN!İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani […]

Xəbərlər

Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi […]

Xəbərlər

İnamlı Atalı. Özümləşmə yönündə axtarışlar

Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım! İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək. İnsan – işıqdır – qaranlıqları yaran! Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Cəmiyyət

Cəmiyyətin məqsədi ruhanidir: insanın ləyaqətini, böyüklü­yünü, qüdrətini təsdiq etmək, sonsuz, əbədi, kamil mahiyyətini aşkara çıxarmaq.İnsan təklikdə özünə çata bilmirdi.O, cəmdə özünə çatmaq istədi.İnsanın daxilindəki ruhanilik – sonsuzluğa, əbədiliyə, kamil­liyə meyil onu özündən kənara çıxmağa, özünü cəmiyyətdə tapmağa sövq etdi.Buna görə də o, öz azadlığını, sərbəstliyini cəmiyyətə tabe et­di. İnsan bu tabeçiliyi təbii saydı, onunla barışdı, […]

Xəbərlər

Soylu Atalı. “Turan qurulur”, yoxsa yanlışları anlamaq istəmirlər

Bu gün ən çox dartışılan qonu “Türk Dövlətləri Təşkilatı”nın 4 üzvünün Yunanıstanın qurduğu “Kıprıs Respublikası”nı tanımalarıdır. Ortada ilginc fakt var, bu fakt bəlkə də son dönəmin ən böyük xəyanətlərindən biridir. Eldə məsəl var,  –  “bəy dediyin harda, bəyənmədiyin harda”.  Əgər Türkiyəni işğalçı olaraq tanıyacaqdınızsa, nədən “TDT” (Türk Dövlətləri Təşkilatı) yaradırdınız?! Kim(lər)i aldadırdınız, niyə aldadırdınız?! – […]