Öncə “şəxsiyyət kimdir” və ya “kimə şəxsiyyət demək olar” fikrinə aydınlıq gətirək. Şəxsiyyət – gerçəkliyin, yəni zamanın, mühitin, ortamın, bütövlükdə toplumçuluğun insanlığa qarşı gedişlərini qəbul etməyən və bu kimi gedişlərə dirəniş göstərib savaşan, savaşın yollarını göstərən kəslərə demək olar. Şəxsiyyətə münasibət heç vaxt toplum tərəfindən biranlamlı qarşılanmayıb.
Soylu Atalı. Oyunların ağırlıq ortası
Bu günlərdə “BMT Baş Məclisi”nin yubiley sessiyası keçirildi. Siyasal dünyanın ağası kimi davranan ABŞ-ın dövlət başçısı Obama, gələnəksəl olaraq, dünyaya bir sıra ismarıclar verdi. Bu ismarıclar əslində zorüstə ağıl nümayişi idi. Müsəlman Allah anlamını dərk eləmədiyi üçün Allaha öz diləklərindən yanaşır. Başqa sözlə, Allahı öz diləklərinə uyğun təsəvvür edir. Özəllikcə, davamlı namaz qılıb oruc tutan […]
Qutsal “Ata Günü” Törənində deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Qutsal “Ata Günü” Törənində deyilmiş fikirlər Ocaq Günsırası ilə 25 Ata Ayı, 38-ci ildə (sentyabr, 2016) İnam Evində qutsal “Ata Günü” Törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Bu gün 38-ci ilmizin qutsal “Ata Günü” törənini həyata keçiririk. […]
Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər Ocaq Günsırası ilə 12 Ata Ayı Ayı, 38-ci ildə (sentyabr, 2016) İnam Evində qutsal “Şərqilik” Bayramı keçirildi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Ocağın qutsal gününə başlayırıq. Ocaq bayramlarından biri olan “Şərqilik” bayramını həyata keçiririk. Bu bayramda […]
Qutsal “Ata Günü” Törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata – Ocaq ilsırasının 38-ci ili Qutsal “Ata Günü” Törəninin Gediş Yazısı Yer: İnam Evi; Gün: 25 Ata Ayı, İnam Günü; Başlanır: saat 15:00 Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü Atalıdır. Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir. Hamı: “Ata Yolu – Sabahlı olmaq Yolçuluğu!” […]
Dəyərlərimizin dəyərini qoruyaq (Soylu Atalı ilə müsahibə)
Bu günlərdə dövlət xadimi, ixtisasca tarixçi alim Həsən Həsənov müsahibəsində atəşpərəstlik dininin banisi sayılan Zərdüştlə bağlı bəzi fikirlər söyləyib. O, Zərdüştlüyü atəşpərəst saymır və onu türksoylu xalqların düşüncəsinə, mənəviyyatına zidd sayır. Bununla bağlı tanınmış fikir aydını, Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının fikirlərini soruşduq. Bu söhbəti Qlobal.az oxuculara sunur. – Soylu bəy, bir neçə gün […]






