Asif Ata Ocağının Evladları Şölə Ayında (iyun, 2018) Ağstafa bölgəsində “Ata Sonevini Ziyarət Günü” Mərasimi keçirdilər. Ocaq Quralları üstə Mərasim keçirildikdən sonra Ağstafada yerli adamlarla Atanın ideyaları, Ocağın əməlləri yönündə söhbət aparılmış, Ocaq ədəbiyyatları bağışlanmışdır.
Soylu Atalı Ruhsal. Özgürlüyümüz – Ulusal Gələcəyimiz
Bu gün Azərbaycan toplumunda toplumsal çalışmaların spektri çox rəngarəngdir. Ancaq bunlar bir-birinə bağlı deyil. Bu da ondan irəli gəlir, çalışmalar eyni məqsədə qulluq eləmirlər. Bunun nədənini aydınlaşdırmağa keçməzdən öncə xarakterizə eləmək doğru olar: Hakimiyyət ugrunda siyasi çalışmaları deyək. Bu çalışmada bulunan qüvvələr olduqca dağınıq, gücsüz, yöntəmsiz bir durumdadırlar. Ən başlıcası, ulusal yöndə bunların heç bir […]





