Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Aşiqlik

Mütləq ruhani vəhdət.Müqəddəs əsarət.Xeyirin dərki.Əbədinin dərki.Kamilin dərki.Sonsuzun dərki.Mənəviyyatın ali zirvəsi.Hissiyyatın ali zirvəsi.Nisbidə Mütləqi görmək.Cismanidə ruhu görmək.Özünü itirmək ülviyyəti!Özünü yenidən tapmaq ülviyyəti!Mənəvi sədlərin ölümü!Yadların ölümü!Zahirlə batinin birliyi!Pünhanla aşkarın birliyi!İfadəylə mahiyyətin birliyi!Təzahürlə mənanın birliyi!İdrakla duyğunun birliyi!Adiylə ülvinin birliyi!Kədərin yeni mənası!Sevincin yeni mənası!Əzabın yeni mənası!Nəşənin yeni mənası!Həyatın yeni mənası!Fəryadın yeni mənası!Üzlərin yeni mənası!Gözlərin yeni mənası!Rənglərin yeni mənası!Səslərin yeni […]

Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 25 Çiçək Ayı, 47-ci ildə (aprel,2025) Ruhani İdrak Günü mərasimini gerçəkləşdirdi. Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Ocaqda ölənlərimizin adını anırıq, onları həmişə Ocaqda bilirik: Sabahlı, Bağban, Amaltay bizimlədir. Qutsal “Ruhani İdrak mərasimi” haqqında bir neçə […]

Xəbərlər

Araz Gündüz. Asif Ata haqqında xatirələrim

Sovet dönəmində barmaqsayı qəzetlər çıxardı. Düzdür, hər rayonun yerli qəzetləri də vardı, ancaq mərkəzi qəzetlərin sayı az idi. Bu qəzetləri indikindən çox oxuyardılar, çünki onlara məcburi abunəçilik sistemi vardı. Həm də, kütlə arasında bu qəzet sözünün mötəbərliyinə yalançı bir inam formalaşmışdı. Mən orta məktəbdə oxuyanda evimizə dörd qəzet gələrdi: Azərbaycan Müəllimi (atam müəllim idi), Azərbaycan […]

Xəbərlər

Qutsal “İnam Evi Günü” Törəninin Gediş yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 47-ci ili Qutsal “İnam Evi Günü” TörənininGediş yazısı Yer: İnam EviGün: 13 Yağış Ayı, Mərhəm Günü;Başlanır: 14:00 Təşkilatca sorumlu Nurtəkin Atalıdır. 6 ideyanın simgəsi olaraq 6 şam yandırılır. Hamı: “İnam Evi – Ruhumuzun yenilənmə ünvanı!”  deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı Atalılar deyir.“Çağırış” […]

Xəbərlər

Araz Gündüz. Asif Ata haqqında xatirələrim

Öncə, Asif Atanın öz dilindən soykökü ilə bağlı eşitdiklərimi danışmaq istəyirəm. Qazax-Dərələyəz bölgəsindən, Qaraqoyunlulardan olduğunu deyirdi. Son bir neçə yüz ildə babaları çox tanınmış ruhanilər olmuşdu. Əfəndiyev soyadı da ulu babası Hacı Alı əfəndi ilə bağlı idi. Babası molla Məhəmmədi yanılmıramsa 1939-cu ildə həbs edib güllələmişdilər. Ən qəribəsi, babasının əmisioğlu Bala Əfəndiyev Azərbaycanda Sovet hakimiyyətinin […]

Xəbərlər

Soylu Atalı. Altıncı kalon

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarım! Bizi bilən bilir, – biz irqçi, ayrımçı, bölücü (seperat) düşüncələrə, davranışlara, əməllərə qarşıyıq. Ancaq elə məsələlər var, onları yazmaq, ya da dilə gətirmək heç də irqçi, ayrımçı, bölücü anlamına gəlməz. Hər şeyi adı ilə demək yanlış sayılmasın gərək. Söz yox, indi deyəcəyim məsələ ilə bağlı mən bir türk olaraq, bir insan, […]