Zaman – məhdud, nöqsanlı, natamam keyfiyyətləri təsdiq edir.Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.Zaman nisbi məziyyətlərə tapınır.Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.Zaman qeyri-Mütləq niyyətləri həyata keçirir.İnsanın Mütləq mahiyyəti həmin niyyətlərə sığmır.Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.Zaman insanı keçiciyə, maddiyə bağlayır.Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.Zaman qeyri-Mütləq idrak, mənəviyyat, hissiyyat normaları yaradır. İnsan […]
Qutsal “Bəşərilik” Bayramının Gediş yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 47-ci ili Qutsal “Bəşərilik” BayramınınGediş yazısı Gün: 12 Sərt Ayı, Qismət Günü;Başlanır: 14:00 Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Günev, Nurtəkin Atalılardır. 6 ideyanın simgəsi olaraq 6 şam yandırılır. Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göytəkin, “Ataya Günorta Ricası”nı – İnamlı Atalılar deyir. Nurtəkin […]
Uluyol-Hünər Ailəsinin “Ailə Günü” toplantısı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 18 İşıq Ayı, 47-ci ildə (may,2025) Uluyol-Hünər Ailəsinin aylıq “Ailə Günü” toplantısını gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınızı xoş gördük.Genel olaraq öz halım haqqında danışmaq istəyirəm. Artıq 8-9 aydır ki, işləmirəm. Son aylarda hiss edirəm ki, beynim artıq sakitləşib. Nəsə oxuyanda da […]
Soylu Atalı. Yolsuzluq
Bir şeyi özümüz üçün aydınlaşdırmaqdan ötrü təsəvvürümüzdə canlandırıb bilgi əldə etməyə çalışırıq. Deyək ki, bir yerə gedirik. Qarşıda, uzaqlarda nəsə görünür. Biz onu təsvir etməyə, haqqında düşüncə sərgiləməyə çalışırıq. Ancaq uzaq olduğundan onu aydın görə bilmirik. Ya da axşam qaranlığı olur, toz, duman, günəşin işığı, nələrsə aydın görməyə əngəl olur. Onu görə biləcək qədər yaxın […]
Araz Gündüz. Asif Ata haqqında xatirələrim
Asif Atanın BDU-da yaratdığı “Etik-estetik tərbiyə klubu” çoxsaylı gəncliyin sevərək dinlədiyi bir yığıncağa çevrilmişdi. Bu yığıncaqlarda öncədən qoyulmuş mövzular ətrafında söhbətlər və diskussiyalar aparılırdı. İlk vaxtlar bu yığıncaqlara Ziya Bünyadovdan başlamış tanınmış alimlər və yazıçılar qatılardı, sonradan klubun ətrafında vəziyyət gərginləşdikcə bu adamların çoxu yığıncaqlara gəlmədilər. Burada tələbələr qarşısında daimi çıxış eləyənlərin sırasında ən çox […]
Asif Ata. Aşiqlik
Mütləq ruhani vəhdət.Müqəddəs əsarət.Xeyirin dərki.Əbədinin dərki.Kamilin dərki.Sonsuzun dərki.Mənəviyyatın ali zirvəsi.Hissiyyatın ali zirvəsi.Nisbidə Mütləqi görmək.Cismanidə ruhu görmək.Özünü itirmək ülviyyəti!Özünü yenidən tapmaq ülviyyəti!Mənəvi sədlərin ölümü!Yadların ölümü!Zahirlə batinin birliyi!Pünhanla aşkarın birliyi!İfadəylə mahiyyətin birliyi!Təzahürlə mənanın birliyi!İdrakla duyğunun birliyi!Adiylə ülvinin birliyi!Kədərin yeni mənası!Sevincin yeni mənası!Əzabın yeni mənası!Nəşənin yeni mənası!Həyatın yeni mənası!Fəryadın yeni mənası!Üzlərin yeni mənası!Gözlərin yeni mənası!Rənglərin yeni mənası!Səslərin yeni […]







