Müxbir: Asif Ata, radio dinləciyiləri Sizi yaxşı tanıyırlar. Sizin fəlsəfəniz mənə də çoxdan tanışdır. İstəyirəm söhbətimizi marksizmə münasibət üstündə quraq. Asif ATA: Ürəyinizdə Günəş olsun! Elə bilirəm ki, açıq söhbət edəcəyik. Yəni ki, təkcə söhbət olmayacaq, fikir olacaq və bunun bizim cənublulara xeyri olacaq. Mən 1976-cı ildə Azərbaycan Dövlət Universitetində «Estetik və Etik tərbiyə klubu» adı altında […]
Soylu Atalı. Doğruluğun Halallığı
(Əli Vəlioğlunun “Halal Çörək” kitabı üstə düşüncələr) İnsanın həyatda ən doğru bildiyi keyfiyyət halallıqdır. Halal zəhmət, halal ailə, halal doğmalıq, halal keçmiş, halal düşüncə – insanı öz anlamına qovuşduran anlayışlardır. Bilindiyi kimi, insan ikili xassəyə bağlıdır. Bu xassələrdən birinin adı biolojilikdir, o birisinin adı mənəvilik. İnsan yaşamını sürdürərkən biolojiliyi daha çox üzə çıxır. Çünkü mövcudluğunu […]
İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX, ÜLVİLƏŞDİRƏN CƏMİYYƏT! (Atadan müsahibə)
E.A. – Ruhani cəmiyyət və tarixdə olan cəmiyyətlər Ata görümündə. Asif Ata: – Bütün tarixdə Ruhani Cəmiyyətə qədər olan cəmiyyətlər, quldarlıqdan başlamış kapitalizmə və sosializmə qədər, insanı özündən ayırıb. Yəni, bütün cəmiyyətlərin əsas əməli təbəqələşmə olub, bütöv insan əvəzinə ayrı-ayrı təbəqələr, yüksək təbəqə, aşağı təbəqə, orta təbəqə, siniflər, bu mahiyyətcə antiinsanilikdir! İkinci, ağalıq və nökərlik […]
Soylu Atalı. Türklüyün Zəfər günü qutlu olsun!
Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, […]
Evlad Günü Mərasimi
Ocaq Günsırası ilə 7 Od Ayı, 42-ci ildə Mütləqə İnam Ocağı Ruhani Evlad Günü Mərasimini keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı: Qutsal Evlad Günü mərasimində söz deməzdən öncə mən bayrağımızı öpürəm, Ataya səcdə qılıram. Bilirsiniz, Evlad Günü mərasimini Asif Atanın çağında Şölə Ayının 1-i keçirirdik. Ancaq biz dəyişiklik elədik. Şölə ayının 5-i Ata Sonevinin Ziyarət Günü, […]







