Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Author: AAO
Yeni Ruhsal səfərlərimiz
Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız. Asif Atanın Mütləqə İnam Ocağı özünün başlıca əməl gələnəklərindən biri olan ruhsal səfərlərini davam etdirir. Çağaşırı bölgələrə gedir, ayrı-ayrı soydaşlarımızla görüşlər keçirib Asif Atanın ideyalarından, milli-insani düşüncə yönündən soraqlar verir. Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Bilən Atalının təşkilatçılığı ilə bölgəyə səfər etmiş, ayrı-ayrı insanlarla görüşlər keçirmişdir. […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” tədbirindəki çıxışlar
Ocaq Günsırası ilə 13 Köçəri Ayı, 43-cü ildə (fevral, 2022) Asif Atanın Mütləqə İnam Ocağının “Uluyol-Hünər” Ailəsinin sonuncu “Ailə Günü” toplantısını keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən günlər içində, gələnəksəl olaraq, Ocaq işləri ilə uğraşmışam. Amallaşma yönündə Atanın kitablarından oxumuşam. Son günlər görürəm, çalışanda özümə vaxt ayıra bilirəm. Bu mənim özümdən […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” Toplantısı
Ocaq Günsırası ilə 30 Qar Ayı 43-cü ildə (yanvar, 2022) Asif Ata Ocağının “Uluyol-Hünər” Ailəsinin növbəti “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”nə xoş gəlmisiniz. Yaşantılarımla bağlı düşüncələrimi deyim. Ay içində Amallaşma yönündə Atanın kitablarından oxumuşam. Qıraq ədəbiyyatlardan da oxumağa başlamışam. Oxumaq […]
Qutsal “Ailə Günü” Törənindəki çıxışlar
Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 43-cü ildə (fevral, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törənini keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağının 43-cü ilsıramızda sonuncu Mərasimini – “Ailə Günü” Mərasimini keçiririk. Mərasimdə Sabahlı, Bağban, […]
10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 194-cü ildönümüdür
Fəlakətlərimizdən dərs götürək! Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.







