Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh”Ailələrinin birgə VI aylıq toplantısında deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” və “Ulufərəh”Ailələrinin birgə VI aylıq toplantısında deyilmiş fikirlər Ata-Ocaq Günsırası ilə 1 Ata Ayı 36-cı ildə “Uluyol-Hünər” və  “Ulufərəh”Ailələrinin birgə VI aylıq toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başlandı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı. O, tədbirlər haqqında qısa […]

Xəbərlər

Qutsal “Ata Günü” Mərasiminin Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata – Ocaq ilsırasının 36-ili Qutsal “Ata Günü” Mərasiminin Gedişatı Yer: İnam Evi; Gün: 25 Ata Ayı, Mərhəm Günü; Başlanır: saat 14:00 Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Üstün və Göylüdür. Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.

Xəbərlər

Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi

Ürəyinizdə Günəş olsun! Sovetlər Birliyi dağılandan  üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri […]

Xəbərlər

Asif Ata. Bayatı işığı

Bayatı işığı I  Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.