Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Atagün” Ailəsinin 37-ci ildə VII “Ailə Günü” törəninin Gediş yazısı Gün: 26 Yağış Ayı; Yer: Atagün Eli; Başlanır: saat 16.00 Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-kağız, çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Elana Atalıdır. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
Author: AAO
Soylu Atalının “Uluyol-Hünər” Ailə Günündə qonaqların sorularına cavabı
Ocaq Yükümlüsü Soylu Atalının “Uluyol-Hünər” Ailə Günündə qonaqların sorularına cavabı, Xəzan Ayı, 37-ci il. Atakənd (oktyabr, 2015. Bakı.)
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 29 Xəzan Ayı, 37-ci ildə (oktyabr, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin VIII “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Keçən ay Atanın […]
Ulusal Varlığımızı qoruyaq
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Yurdumuz toplumsal-mənəvi qarışıqlıq içində yaşayır. Aparılan təbliğatlar, sunulan ideolojiliklər yiyəsiz bir meydana, boşluqlar dolaşığına çevirib yurdumuzu. Hər kəs özünün qara boyaları ilə işıq boyasında görünməyə çalışır həqiqət axtaranlarımızın gözlərinə. Sosial şəbəkələrdə həşirə çevrilən qüvvələr xalqımıza “səadət” vermək üçün yarışa çıxıblar, özlərinin div həşəməti ilə qurtarıcı kimi görünməyə çalışırlar. […]
Nəimi – 675
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Böyük Azərbaycan-türk düşünəri, Hürufilik Təliminin yaradıcısı Fəzlullah Nəiminin 675-illiyi qarşısındayıq. Bu böyük şəxsiyyətimizin yaratdığı dəyər xalqımızın mənəvi-ruhani mahiyyətindən yaranmış, indi də yadlıqlara qarşı milli tutalqa sayılacaq bir olaydır. Öyrənmək, öyrətmək, yiyə çıxmaq gərəkdir. İndi Soylu Atalının Nəimi şəxsiyyəti ilə bağlı yığcam bir yazısını sunuruq.
Asif Ata. İdealsızlıq
İDEALSIZLIQ I Ruhani maraq – özündəki Mütləqə çatmaqdır. Maddi maraq – Varidata çatmaqdır. Maddi ehtiyac – Bədəni yaşatmadır.

