Ürəyinizdə Ata Günəşi olsun sayğılı soydaşlarımız – çağdaşlarımız, sabahdaşlarımız! Sizlərə sunduğumuz bu “Özəl Buraxılış”ımızdakı fikirlər, bilgilər insanlığın üzərinə yeriyən qaranlıqları işıqlandırmaq istəklərimizi ifadə edir. Bu bir Əqidə yoludur. Bu Əqidə – xalqı, bütövlükdə insanlığı içəridən çökdürən gedişlərə dirəniş göstərən İnsanlıq gücüdür. Bu yolu Asif Ata yaratmış, bizlərə öyrətmiş, sizlərə örnək vermişdir. Bir ev uçanda, uçurulanda […]
Author: AAO
İnam Evi dərgisinin “Özəl Buraxılış”ı – “Ata Yolu”nun yeni sayı çapdan çıxdı
Ürəyinizdə Ata Günəşi olsun, sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı yeni əməlləri ilə Ocaqsevərləri və bütövlükdə oxucuları bilgiləndirir. Bu günlərdə, hər il olduğu kimi, gələnəksəl bir əməl – Günsıra (təqvim) vizitlərinin çapı gerçəkləşdirildi. Üzdən adi bir iş kimi görünən bu əməli ona görə qabardırıq ki, Günsıra vizitində aylar və yeddicənin (həftənin) günləri ulusal adlarla […]
Qutsal “Yeni il” Mərasiminin Gediş yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 38- ci ili Qutsal “Yeni il” Mərasiminin Gediş yazısı Yer: İnam Evi (İçərişəhər); Gün: 1 Günəş Ayı; Baş: 14-00 Mərasim keçiriləcək oda Ocaq ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Üstün Atalıdır. Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir. Hamı: “Ata Ruhuna qovuşduqca İnamımız bütövləşir!” deyir.
Oxulun qutsallığını bərpa etmək gərəkdir (Soylu Atalı ilə müsahibə)
Yurdumuz Azərbaycanın toplumsal nizamı getdikcə pozulmaqdadır. Bunun başlıca nədənlərindən biri təhsil sisteminin bütünlüklə pozuntuya uğramasına görədir. Xalqın da gələcəyi gəncliyin necə qurulmasından, ulusal tərbiyəsindən, dövlətə, millətə, vətənə necə yanaşmasından çox asılıdır. Bu rahatsızlığımızdan dolayı ünlü fikir-qələm adamı, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının düşüncələrini soruşduq. İndi bu söhbəti oxucuların diqqətinə sunuruq. Üstün Atalı: Təhsil […]
Qutsal “Ailə Günü” törənində deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” törənində deyilmiş fikirlər Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 37-ci ildə (fevral, 2015) İnam Evində “Ailə Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal günümüzə başlayırıq. Günə söz deməzdən öncə Atamızın Bayrağını öpüb ona səcdə qılıram. Qutsal […]
“Atagün”, “Uluyol-Hünər”in birgə keçirəcəkləri “Ailə Günü”nün Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 37-ci ili Ocaq Ailələri – “Atagün”, “Uluyol-Hünər”in birgə keçirəcəkləri “Ailə Günü”nün Gediş Yazısı İlsıra: 13 Köçəri Ayı; Yer: İnam Evi; Çağ: 15.00. Törən Odası Ocaq ruhunda hazırlanır. Hazırlığa sorumlu Türkel Atalıdır. Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir.

