E.A. – Müasir əxlaq və gözəllik haqda. Asif Ata: – Müasir əxlaqın canı xudbinlikdir. Xudbinliklə fərdiyyətçilik arasında yerlə göy arasında fərq var. Fərdiyyətçilik antixudbinlikdir. İndiki əxlaqın əsas məqsədi odur ki, nəyin bahasına olur-olsun yaşa, nəyin bahasına olur-olsun ud, uduzma. Nəyin bahasına olur-olsun özünü təsdiq elə, vicdanın bahasına və nəyin bahasına olur-olsun azad ol, o cümlədən […]
Author: AAO
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı.
Soylu Atalı. İrançılıq Batıdan başlayıb
Ayrı-ayrı çağlarda İranın Amerikanı, İngiltərəni yamanlaması nəyə dayanır? Məgər İranı İran eləyən, orada türk dövlətçiliyinə son qoyan Amerika-İngilis birliyinin yürütdüyü siyasət deyildimi?! Bəllidir ki, İran İslam İnqilabı başlayana kimi Xomeyni Avropada idi. O orada hazırlaşdırılıb göndərildi. Əslində son iki yüz ilin olayları ciddi araşdırılsa, bəlli olar, Doğuda baş verən bütün olayların hazırlığı Avropada həyata keçirilmişdir. […]
“Bəşərilik” Bayramındakı çıxışlar
Ocaq Günsırası ilə 12 Sərt Ayı, 41-ci ildə (dekabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı “Bəşərilik” Bayramını keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Asif Ata Ocağının bayramlarından biri olan Bəşərilik qonusunda danışacağıq. Baxmayaraq, bu tədbirə Ocaqçılarımızın hamısı qatıla bilməyiblər, iş günü olduğuna görə. Ancaq […]





