Ocaq Günsırası ilə 27 Sərt Ayı, 41-ci ildə (dekabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani Səfər Günü” Mərasimini keçirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Ocağımızın Səfər Günü olayı ilə bağlı (fakt olaraq) bir neçə söz deyim. Biz həmişə çıxış edirik, söz deyirik, Ocağın arxivi […]
Author: AAO
Şəfa Göytəkin. ASİF ATAnın “ÖZÜLLƏR ÖZÜLÜ” kitabını oxumaqla nəyə yetdim?
Hər zaman özümə verdiyim bir sual vardı. Xoşbəxtlik nədir? Çoxları “xoşbəxtlik bir andır” deyir. Bəziləri maddi yaşamın yaxşılıgında, bəziləri əldə etdikləri uğurlarla yüksəlməkdə, bəziləri bir körpə gülüşündə, təbiət gözəlliyində, yaşadığımız bir anlıq fərəh hissində görür xoşbəxtliyi. Bu deyilənlərin önəmli olduğunu danmıram, ancaq mənə görə xoşbəxtlik bir an içində yaşanıb bitəcək bir yaşantı ola bilməz… Ölüm […]
Soylu Atalı. Siyasi Dünyanın ermənisi
Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu.
Soylu Atalı. Kədərli müşahidə
Günəşli bir səhər olmasına baxmayaraq, Bakı şəhərində qəribə bir səssizlik hökm sürür. Hələ Bakını bunca donuq görməmişdim. Küçələrdə çox az adamlar gözə dəyir. Olanlarında da baxışlarından qorxunc bir ümidsizlik qaranlığı süzülməkdədir. Hamı ölüm qorxusu ilə boylanır, bir-birindən uzaq durmağa çalışır. Sanki ölümünün qaynağını, nədənini qarşısındakıı insanlarda görür, hürkək davranışlarıyla geriliyi xatırladırlar. Bu, həyatdırmı, ölümdürmü?! Bu […]
Türk türklə birləşsəydi…
Hamımızın Ata adlandırdığımız bir Ata var. Şair, yazıçı, tənqidçi, filosof, Mütləq İnamlı Mütləq Ata! Zərdüşt nurundan, Babək qüdrətindən, Dədə Qorqud müdrikliyindən, Nəsimi Ənəlhəqliyindən, Füzuli eşqindən, Muğam ehtizazından, Saz ecazından doğulub-yoğrulub bütləşib-mütləqləşib! Zəka, nur təfəkkürlü Atanı Midiya süqutu, Babək qətli, Çaldıran fəlakəti, Türkmənçay dağı, 28 aprel, 20 yanvar faciələri, insanlaşmama uçurumudur göynədən, Qəlbinin nuruna, idrakının qüdrətinə, […]
Ocağın irsi Milli Dövlət Arxivinə verildi
Ürəyinizdə Günəş olsun! Ocaq Günsırası ilə 12 Günəş Ayı, 42-ci il tarixində (12.03.2020) Asif Atanın yeni əlyazıları, eləcə də Mütləqə İnam Ocağının çalışmalarını əks etdirən çoxsaylı səs, görüntü materialları Milli Dövlət arxivinin eyniadlı şöbələrinə təhvil verildi. İllər öncə Asif Atanın əldə olan bütün əlyazıları – səs, görüntü materialları Milli Dövlət arxiivinə təhvil verilmişdir. Təhvil verilən […]




