Xəbərlər

Ocaqda yeni kitab çapdan çıxdı

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu günlərdə Asif Ata Ocağının yeni bir kitabı çapdan çıxdı. Göytəkin Atalının “Qaranlıqdan İşığa” adlı bu kitabını onun ömür yolunu bəlirləyən mənəvi axtarışlarının sonucu saymaq olar. Kitabın mətni, məzmunu bütünlüklə suallardan, cavablardan oluşubdur. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə telefon bağlantıları onun ömründə dönüş yaratmış, düşüncələrində yaranmış çoxsaylı suallara […]

Xəbərlər

Ocağa yeni Evlad qəbul olunmuşdur

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir). Uğurlar, Başarılar diləyirik! Ocağımıza xoş gəldin!

Xəbərlər

Yeni Ocaq səfərləri

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Xəbərlər

Asif Atanın (İnam Atanın) gömüldüyü (İlk Torpaqda) “Amal Bağı”nda Soylu Atalının Ziyarət sözü

 Bu gün biz Asif Atanın gömüldüyü ilk torpağı – “Amal Bağı”nı ziyarət edirik. Əslində xalqın gələcəyini ziyarət edirik. Asif Atanın üz qoyduğu torpaq vətəndir, Asif Atanın üz qoyduğu torpaq dəyərdir. Xalqı xalq eləyən Vətən dəyəridir. Asif Ata yeni bəşər halı yaradan, həyata ruhani nizam gətirən böyük bir dünyabaxış sistemi verib xalqımıza. Böyük bir həqiqət tələbi […]

Xəbərlər

Güntay Atalı. “Ev görüşü”, ya da Fikir Evi

Ocağa gəldiyim ilk günlərdən İnamın xalqa verilməsinin yollarını düşünürdüm. Təbii ki, Ocağın xalqlaşma ölçüsü, üsulu Atanın özü tərəfindən müəyyən edilib və illərlə bu əməl həyata keçirilir. Mən də öz tərəfimdən yeni ruhani təşəbbüslərdə bulunmaq üçün yollar axtararaq əməllər həyata keçirməyə çalışmışam. Özüm üçün bu təşəbbüslərdən ən optimal olanı Ocaq Yükümlüsü Soylu Atalı ilə evimizdə görüş […]