Xəbərlər

Qutsal “İnam Evi Günü” Törənindəki çıxışlar

Ocaq Günsırası ilə 13 Yağış Ayı, 42-ci ildə (noyabr, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” Törəni keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə – “İnam Evi Günü” törənimizə başlayırıq. Biz Ocaq tədbirlərimizlə bağlı oturuşmuş düşüncələrimizi demişik, bildirmişik. Eyni halda, hər yol törənlərimizdə yenidən ürək sözlərimizi, düşüncələrimizi, […]

Xəbərlər

Soylu Atalı. Göz yaşının nəğmələşən anlamı

Bir gənc Amaldaşımın evində oldum. Bir yaşında körpəcə qızı var. Uşaq həm şəndir, həm də çox həssasdır. Enerjili, aktiv hərəkətlidir. Bir istəyi də yerinə yetirilməyəndə zənguləli, cingiltili, həm də gur səslə ağlayır. Bir dəfə ağlayanda qəribə hal yaratdı məndə. O anda ağlıma gəldi ki, ağlamaq səsinin musiqi ilə birbaşa bağlılığı var. Bu uşaq böyüyəndə yaxşı […]

Xəbərlər

Qutsal Öyrənim Günü

Ocaq Günsırası ilə 21 Şölə Ayı, 42-ci ildə (iyun, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal Öyrənim Günü keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı: Başladığımız işin mahiyyətini  düzgün, doğru dəyərləndirməyi, qiymətləndirməyi bacarmalıyıq. Bu zarafat bir məsələ deyil, dünyaya açılan yeni bir qapıdır. İnsanlığı təhdid eləyən geniş proseslər var, biz bunu görürük,  izləyirik. Ancaq bütün bunların hamısı […]

Xəbərlər

Asif Ata Ocağının yeni Xalqlaşma-Səfər örnəyi

Asif Atanın Mütləqə İnam Ocağının özünəxas qurallarından biri də Ruhani Səfər əməlidir. Bu əməl Asif Atanın öz Ocaqçıları qarşısında qoyduğu xalqlaşma tələbidir. Amalın xalqda yayılması, öyrədilməsi anlamı daşıyır. Dünyada nə baş verir versin, Ocaq öz işini görməlidir. Çünkü bütün sorunların kökündə insanlaşmanın, millətləşmənin zədə götürməsi durur. Hələ sovet dönəmində xalqın özünəyadlaşma nədənlərinə aydınlıq gətirərkən Asif […]

Xəbərlər

Soylu Atalı. Gerçəkləri görməli, yenilməməli

Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım. Ölkədəki son durumla bağlı bəzi düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Faktiki olaraq,  ölkədə durum, düşüncə baxımından, çox qarışıq bir yönə meyillənir. Anarxiya var. İnsanlar daha çox çaş-baş durumdadırlar. Düşüncə baxımından toplum iki cəbhəyə bölünüb. Özləri də bu cəbhələrdən birini bədbin, birini nikbin adlandırırlar. Optimist,  pessimist. Bəziləri deyir ki, mən nə […]

Xəbərlər

Qutsal Öyrənim Günü

Asif Atanın Mütləqə İnam Ocağı 28 Şölə Ayı, 42-ci ildə Qutsal Öyrənim Günü keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ürəyinizdə Ata Günəşi olsun! Bu günkü “Qutsal Öyrənim Günü”nü internet üzərindən həyata keçiririk. Nə qədər imkan varsa, bu proqramlardan daha ciddi yararlanaq, Atanı öyrənməkdə daha çox qabağa gedə bilək. Ona görə hər […]