Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”. Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə […]
Author: AAO
Göytəkin Atalı. Bir anın yaratdığı duyğular
Bu yaxınlarda E.Heminqueyin “Əcəl Zəngi” romanını oxudum. Əsərdə başlıca qonu faşizmin dəhşətləri ilə bağlıdır. Olayların bədii-dinamik yönü insanın düşdüyü faciəvi durumu oxucuya uğurla anlada bilir. Savaşın antiinsani gedişlərini izlədikcə, azğınlaşmış, güllələməyi, qəddarlığı, işgəncəni adi bir iş kimi yerinə yetirən bəşər övladına hansı adı vermək olar deyə düşünəndə, adamın halı qarışır, çoxsaylı sualların içərisində azıb qalır. […]
Qutsal “Bəşərilik” Bayramındakı çıxışlar
Ocaq Günsırası ilə Asif Atanın Mütləqə İnam Ocağı 12 Sərt Ayı, 42-ci ildə (dekabr, 2020) Qutsal “Bəşərilik” Bayramını keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Ocağımızın qutsal günlərindən biridir. Asif Atanın ölümündən sonra biz bu bayramları davamlı olaraq gerçəkləşdiririk. Bayramları, Asif Atanın sağlığında yazdığı ideyalar əsasında, sonradan biz gerçəkləşdirdik. Biçimini, […]
Soylu Atalı. Keçmişi bilmək – Gələcəyi yetirmək
Keçmişdə yaranan mədəniyyətlərin, eləcə də ruhaniyyatların yaradıcılarının bu gün soyu varmı – yoxmu, bəlli deyil. Bir çox yaranmışlar yaşamdan silinib gedib, ancaq ilsırada (tarixdə) qalıb. Ona görə yeni soy (nəsil) yaşamdan çıxmış keçmişi yalnız araşdırıb öyrənməklə uğraşır. Keçmişi bu gündə təkrar eləmək istəmir. Yeni soy yenilik istəyir. Söz yox, bu yenilik də havadan yaranmır, özündən […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, rəssam Vaqif (Hüseynov) Ucatayın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, onu sevən öyrəncilərinə, sənət dostlarına dərin hüznlə başsağlığı verir. Vaqif Ucatay vətənini umacaqsız sevən, milli dəyərləri tanıyan, sevən, halal, doğruçu bir aydın idi. Balalarında, Yurdunda, Ulusunda yaşasın!



