Xəbərlər

Qutsal “Yeni il” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 46-cı ili
Qutsal “Yeni il” Törəninin
Gediş Yazısı

Yer: Nurtəkin Atalının evi (Qaraçuxur q.);
Günsıra: 1 Günəş Ayı;
Başlanır: 14:00

Törənin keçiriləcəyi oda Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Nurtəkin Atalı sorumludur.

Hamı: “Yeni il – Yeniləşən ömrümüz!” deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı, “Ruh Üstə” içsözünü Nurtəkin Atalılar söyləyirlər.

Ocaq Yükümlüsünün Törənə açılış sözü dinlənilir.

Törən qonuları:

  • Ocaq Evladlarının bir-birinə münasibətini bu gün yeniləşən ömrümüzdə necə anlayıram?
  • Şəxsi həyatıma qarışmağa necə baxıram?

Törənə Ruhsal bağışlanmalar sunulur.

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.

Gün’ün Carı

Yeni İlimiz – Yeniləşən ömrümüz!

Gediş Yazısını yazdı: Günev Atalı.
22 Köçəri Ayı, 45-ci il, Atakənd.

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

22 Köçəri Ayı, 45-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir