Ümidsizləşən Bölgələrimiz İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.

