Maddiyyatçılığın, varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq, xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır…

