Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb.
Month: İyul 2014
Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər
I …Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır. Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur.Söz deyən də ya “iqtidar sözü” deyir, ya “müxalifət sözü”. Həqiqət sözü deyilmir.Nəinki deyilmir, dinlənilmir də. […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər Ocaq Günsırası ilə 27 Şölə Ayı, 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə mərasim başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “Amallaşma hesabatımı vermək istəyirəm. Atanın “Mütləqləşmək – Var olmaq” kitabını […]
Asif Ata. Harda ki, Türkçülük yoxdur, orada Azərbaycan da yoxdur!
Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimilyasiya yoxdur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbaycanlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azərbaycan həm ölkə adı olub və Azərbaycan adı millət məfhumunu ləğv eləyib?
Üstün Atalı. Heyrətimin Səfəri
İnsan yaradıcıdır. O həyatda özünü təkcə cismani olaraq ifadə etmir, həm də ruhani yaşamla öz ömrünü, yaşadığı mühiti mənalandırır. Mən bir fərd olaraq bu gün necə yaşayıramsa, necə özümü ifadə edirəmsə, mənim mühitim də o səviyyədə olacaq. İnsan özündən çox ayrılıb. Ona görə də təkcə insani keyfiyyətlərini deyil, heyvaniliyi – yırtıcılığı, hərisliyi, laqeydliyi, sevgisizliyi ifadə […]
Üstün Atalı. Soydaşlarıma soydaşlıq ərki
Ürəyinizdə Ata Günəşi olsun, istəkli yurddaşlarımız. Azərbaycan toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar, ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür. Pulçuluğa, maddiyyatçılığa meyil gündən-günə artır. Niyə aldatma […]

