Bəşər həyatını davamlı izləsək, görərik ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.

