Xəbərlər

Amaldaşları Günev Atalıya başsağlığı verdi

Amaldaşları Günev Atalıya başsağlığı verdi: Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Günev Atalıya anasının ölümü ilə bağlı başsağlığı verir və soyunun, Ulusunun aqibətinə Ata-İnam İşığı düşsün deyir! Asif Ata Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.

Xəbərlər

Soylu Atalı. Qərb siyasəti qorxu təbliğatıdır

Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb.