Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 46-cı ili“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 19 İşıq Ayı;Başlanır: 15:00. Törən qonuları: “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır. Gün`ün Carı:Mütləqə İnam – İnsaniliyə qovuşduran Yoldur! Gediş Yazısını yazdı: Göytəkin Atalı.11 İşıq Ayı, 46-cı il. Göyçay. Qəbul olunur.Mütləqə İnam […]
Asif Ata. İnsan Sevinci
Səcdə sevinci. Sevda sevinci. Səma sevinci. Ümid sevinci. İşıq sevinci. İnam sevinci. Bəşər sevinci. Vətən sevinci. Ata sevinci. Övlad sevinci. İdrak sevinci. Vəcd sevinci. Ülvi səda sevinci. Ali saflıq sevinci. Xeyirxahlıq sevinci. Cəfakeşlik sevinci.Qorxunun ölümü. Həsədin ölümü. Mənəvi zülmətin ölümü. Duyğuda vəhşinin ölümü. Ağılda nadanın ölümü. Dodaqda yalanın ölümü. Üzdə riyanın ölümü. Tamahın ölümü. Günahın […]
Soylu Atalı. Həyat din ilə alınmır
İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək.Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar cavab […]
Yas Mərasimi – 28 Aprel (Asif Atanın çıxışı)
…Köhnə təqvimlə e.ə.VI əsrdə Azərbaycan xalqının müstəqil dövlət Ocağı söndü. 2400 il təxminən bundan əvvəl Qədim Midiya, Asiyada birinci dövlət sayılan, bəşərin ən qüdrətli dövlətlərindən biri, möhtəşəm adlanılan, özünəbənzər adlandırılan, yerə-göyə sığmayan qüdrətli Maq ölkəsi adlandırılan Midiya süquta uğradı. Astiaqın nökəri fars Kir Keyxosrov öz sabahına xəyanət elədi. Ona qarşı üsyan yaratdı və Midiya fars […]
Soylu Atalı. Zəkanın demədikləri
(Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr)Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, kitab […]
Asif Ata. İnsan Şəri
Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət!Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasında müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevərlik libasında zorsevərlik!Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli!Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı!Yanılma uçurumu! Aldanma uçurumu! Mərhəmət biçimində əsarət. Doğmalıq […]