Asif Ata Amalının xalqlaşmasının tarixi və ruhani kökləri haqqında danışarkən, mən daha çox haqqım çatan və iştirakçısı olduğum yöndən cavab vermək istəyindəyəm. İkinci bir tərəfdən, Ata Amalının Atagün Elinə gəlişinə, qarşılanmasına və əks münasibətlərin nədən yaranmasına münasibətimi açıqlayıram.
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər” Ailəsinin 37-ci ildə IX “Ailə Günü” törəninin Gediş yazısı Gün: 30 Yağış Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: saat 15.00 Törən Odası Ocaq ruhunda hazırlanır. Hazırlığa sorumlu Ulusəs Atalıdır. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi […]