Xəbərlər

Asif Ata. Bayatı işığı

Bayatı işığı I  Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.

Xəbərlər

Ocağın arxivyaratma örnəyi

Ocağın arxivyaratma örnəyi Mütləqə İnam Ocağının gördüyü işlər sırasında müqəddəsatyaratma (arxivyaratma) əməli daha sistemli və dəqiq həyata keçirilir. Asif Atanın – Ocaqla bağlı ən sadə görünən əməlin belə, qorunub sabaha çatdırılması ilə bağlı tələbi var. Onun sağlığında Ocaq mərasimləri, keçirdiyi görüşlər əsasən lentlərə yazılırdı. Bunlar da ən çox səs yazılarından ibarət olurdu. Ata Dönəmindən qalan […]

Xəbərlər

Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz

Ümidsizləşən Bölgələrimiz İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət  sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.

Xəbərlər

“Türkdən Başlayan Yeni Bəşər İnamı” kitabı işıq üzü gördü

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir.