Xəbərlər

“Yeni İl” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Yeni İl” Törənini keçirdi. Ocağın Günsırasına görə onun Yeni ili Günəş Ayının (Mart) 1-dən başlayır. Mütləqə İnam Ocağı bu Günsıranı (təqvimi) Yeni Eranın, Yeni (İnsanlaşma) sivilizasiyanın, Yeni (İnsanilik) tarixin başlanğıcı kimi qəbul edir.
Ötən ilin əməl – yaşam hesabatı, eləcə də ayrı-ayrı Ocaqçıların çıxışları dinlənildi.
Törəndə ruhsal bağışlamalar (hədiyyələr ) da oldu. Ötən (45-ci) ilin “Törənlər kitabı” (il içində səsdən yazıya çevrilmiş törənlərdəki, toplantılardakı çıxışlardan oluşan kitab), Yeni ilin Günsıra vizitləri Ocaqçılara sunuldu.


Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir