Xəbərlər

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə VI “Ailə Günü” törəninin Gediş yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 37-ci ildə birgə VI “Ailə Günü” törəninin Gediş yazısı  Gün:  26 Qürub Ayı; Yer:  İnam Evi; Başlanır: saat 19.00 Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-kağız, çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Ulusəs Atalıdır.

Xəbərlər

Üstün Atalı. Şabran səfərim

Bu günlərdə oğlum Elqala ilə birlikdə Şabrana ruhani səfər elədim. Bəzi ünvanlara getmək üçün bizə bələdçilik edən qələm adamları Bayram bəy və Məzahir bəylə söhbətləşdik. Asif Atanı tanısalar da, onun ideyalarından soraqsız idilər. Bir az dinlədikdən sonra Ocaq ruhuna doğma olduqlarını bildirdilər, Atanın və Ocaq Evladlarının kitablarını sevə-sevə götürdülər.