Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik.
Month: Avqust 2015
Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü” toplantısında çıxışı
Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü” toplantısında çıxışı 24 Ata Ayı, 36-cı il (sentyabr, 2014)
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə VI “Ailə Günü” törəninin Gediş yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 37-ci ildə birgə VI “Ailə Günü” törəninin Gediş yazısı Gün: 26 Qürub Ayı; Yer: İnam Evi; Başlanır: saat 19.00 Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-kağız, çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Ulusəs Atalıdır.
Üstün Atalı. Şabran səfərim
Bu günlərdə oğlum Elqala ilə birlikdə Şabrana ruhani səfər elədim. Bəzi ünvanlara getmək üçün bizə bələdçilik edən qələm adamları Bayram bəy və Məzahir bəylə söhbətləşdik. Asif Atanı tanısalar da, onun ideyalarından soraqsız idilər. Bir az dinlədikdən sonra Ocaq ruhuna doğma olduqlarını bildirdilər, Atanın və Ocaq Evladlarının kitablarını sevə-sevə götürdülər.
Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır
Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır… 70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış […]
Asif Ata. Seçilmişlər həqarəti (“Münasibətlər” Bitiyindən)
İnqilabdan qabaq ictimai elita (seçilmişlər təbəqəsi) mövcud idi. Həmin təbəqə başlanğıcda qabiliyyətlilərdən, dövlət qarşısında xüsusi xidməti olanlardan yaranmışdı, onlar xüsusi nişanlarla, titullarla fəxri adlarla fərqlənirdilər.

