Xəbərlər

Ulusal kimliyimizi qoruyaq

Ürəyinizdə Günəş olsun! Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Bakı şəhərində məktəb öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycançılıq-Türkçülük mahiyyətini özündə daşıyan dəyərlərimizdən bəhs edilmişdir. Dünənimizin, Bugünümüzün uğurlu, uğursuz hadisələri, cəhətləri izah və şərh edilərək, milli fəlakətlərimizi doğuran səbəbləri dərk edib dərs götürməyin gərəkliyi vurğulanmışdır.