Ürəyinizdə Günəş olsun! Sovetlər Birliyi dağılandan üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri […]
Month: Sentyabr 2014
Asif Ata. Nikbinlik (Füzuli üstə)
Nikbinlik (Füzuli üstə) 1. Kədərdən qəhərlənməyə nə var, kədərdən bəhrələnmək gərək! Füzuli kədərlənir, həm də kədərlə qaynayıb-qarışır, kədərə qovuşur, kədərləşir. Həm: Mənim tək heç kim zarü pərişan olmasın, yarəb! deyir, həm də “zarü pərişanlıq məkanı” haqqında:
Qutsal “İçdən Yaranma” Bitiqi çap olundu
Ürəyinizdə Günəş olsun sayğılı oxucular! Asif Atanın Qutsal “İçdən Yaranma” BİTİQİ (kitabı) çapdan çıxdı. Kitab yaxın günlərdə Bakıda və Sumqayıtda çoxsaylı kitab evlərinə təqdim ediləcək və oxucuların ixtiyarına veriləcək. Bilgi üçün burada Soylu Atalının kitaba yazdığı ön sözü sunuruq.
Asif Ata. Bayatı işığı
Bayatı işığı I Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.
Ocağın arxivyaratma örnəyi
Ocağın arxivyaratma örnəyi Mütləqə İnam Ocağının gördüyü işlər sırasında müqəddəsatyaratma (arxivyaratma) əməli daha sistemli və dəqiq həyata keçirilir. Asif Atanın – Ocaqla bağlı ən sadə görünən əməlin belə, qorunub sabaha çatdırılması ilə bağlı tələbi var. Onun sağlığında Ocaq mərasimləri, keçirdiyi görüşlər əsasən lentlərə yazılırdı. Bunlar da ən çox səs yazılarından ibarət olurdu. Ata Dönəmindən qalan […]

