Ürəyinizdə Günəş olsun sayğılı oxucular! Asif Atanın Qutsal “İçdən Yaranma” BİTİQİ (kitabı) çapdan çıxdı. Kitab yaxın günlərdə Bakıda və Sumqayıtda çoxsaylı kitab evlərinə təqdim ediləcək və oxucuların ixtiyarına veriləcək. Bilgi üçün burada Soylu Atalının kitaba yazdığı ön sözü sunuruq.
Day: Sentyabr 10, 2014
Asif Ata. Bayatı işığı
Bayatı işığı I Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.

