Ocaq ilsırası ilə 12 Ata Ayı, 34-ildə (sentyabr, 2012) Mütləqə İnam Ocağı “Şərqilik” Bayramı həyata keçirdi. Günev Atalı 6 ideyanın rəmzi ifadəsi kimi məşəllərlə Tədbirlər Odasına daxil oldu və İdeyaların mahiyyətini açdı. “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə Bayram başladı. Türkel Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, Göylü Atalı “Ataya Günorta Ricası”nı söylədi.

