Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Vəhy

Fikir seli.Düşüncə təlatümü.Həqiqətin ömrə gəlişi.İdrakın iradəyə hakim olması.Zəkanın yürüşü.Mahiyyətin züruru.Məntiqə sığmayan məntiq!Sübuta sığmayan sübut!Riqqətlə söylənən kəlam!Alov tək şığıyan hikmət! Bir anda açılan sirr!Bir anda zülməti parçalayan işıq!Bir anda qovulan naşılıq!Bir anda dəyişən idrak!Bir anda bilinən qüdrət!Qəti hökm!Qəti inam!Fikir yağışı!Fikir qatarı!Fikir şimşəyi!Fikir zərbəsi!Fikir çağırışı!Təhlilə sığmayan fikir!Təcrübəyə sığmayan fikir!Ömrə calanan Fikir!Fateh fikir!Amiranə fikir.Müstəbid fikir.Öldürüb yenidən dirildən fikir!Mütləqə qovuşduran […]

Xəbərlər

Soylu Atalı. Unutqanlıq fəlakəti

Azərbaycanda ermənilər zaman-zaman vəhşi qırğınlar törədiblər. SSRİ qurulandan öncəki qırğınları kulminasiya nöqtəsi saymaq olardı. Ancaq SSRİ-nin sonunda Xocalıda, bütövlükdə Qarabağda baş verən faciələr öncəki erməni vəhşiliklərini kölgədə qoydu. Türkə qarşı erməni dəyənəyi hazırlayan dış qüvvələr içərisində öndə gedənlərdən olan Rusiya, SSRİ-ni qurandan sonra, erməni azğınlıqlarını bizə keçmişdəkilərin yanlışı saydıraraq, yalançı xalqlar dostluğu uydurdu, ermənilərlə azərbaycanlılar “qaynayıb […]

Xəbərlər

Asif Ata. Müqəddəslik

Gerçəklikdə nisbi hadisələr mövcuddur.Müqəddəslik onların Mütləq mənasını təsdiq edir.Gerçəklikdə qeyri-kamil hadisələr mövcuddur.Müqəddəslik onların kamil mənasını təsdiq edir.Gerçəklikdə cismani hadisələr mövcuddur.Müqəddəslik onların ruhani mənasını təsdiq edir.Gerçəklikdə keçici hadisələr mövcuddur.Müqəddəslik onların əbədi mənasını təsdiq edir.Gerçəklikdə ölümlü hadisələr mövcuddur.Müqəddəslik onların əbədi mənasını təsdiq edir.Torpaq – maddi, nisbi varlıqdır.Müqəddəslik onun ruhani, Mütləq mənasını ifadə edir.İşıq – maddi, nisbi, sonlu […]

Xəbərlər

Soylu Atalı. Dinin insanla bağlı sorunları    

  -Xristianlıqda apokalipsis ideyası var, -“ hamı məhv olacaq, əməli düzgün (saleh) adamlardan yeni dünya, yeni bəşər yaranacaq”. Bu ideya islamdakı “Qiyamət günü” ilə səsləşir. Ölülər diriləcək, hamı Allahın qarşısına toplanacaq, sorğular başlayacaq. Yaxşılar cənnətə, yamanlar cəhənnəmə göndəriləcək.Bəşəriyyət 2000-1500 ildir ki, bu cəfəngiyyata dözür, heç kim sorğulamaq istəmir. İndi mən sorğulayıram: Əgər dünya dağılacaqsa onda bu […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Qəhrəmanlıq

Qəhrəmanlıq – insanın öz nisbi, qeyri-kamil, sonlu, ölüm­lü imkanlarından kənara çıxması, onların üzərində yüksəl­mə­­sidir. Qəhrəmanlıqda insan özünün gerçək səviyyəsindən artıq işlər görür.Qəhrəmanlıq gerçəkliyin insan haqqında olan təsəvvürünü, biliyini, hökmünü rədd edir: yeni təsəvvür, yeni bilik, yeni hökm yaradır.Bu cəhətdən qəhrəmanlıq gerçəklikdən artıqdır.Qəhrəmanlıq – insanın nisbi gerçəklikdə Mütləq fəaliyyət göstərməsidir. Ona görə də qəhrəmanlıq Mütləq iradə, […]

Xəbərlər

Soylu Atalı. Oyunların içində ədalət olmur

Zamanın yönəticisi siyasətdir. Sən elə danışmalısan, siyasətin xeyrinə olsun. Ölkənin, xalqın xeyrinə bir söz deyəndə siyasətin ziyanına olur. Bütün  gedişlər siyasətin xeyrinə köklənib, xeyirin xeyrinə köklənməyib.Hər şeydə ədalətsizlik tüğyan edir. Nə qədər ki həyatı siyasət yönətir, ədalət bərpa olunmayacaq. Xalq əbədi hadisədir. Əbədinin taleyinə siyasət möhür vurur. Siyasət əbədinin taleyinə möhür vurduğu üçün xalqın özümləşmə […]