Xəbərlər
Güney Azərbaycanda gedən mübarizələr və nəticə olaraq bu günü
Türkel Araşdırma Qurumu təqdim edir Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış II mövzu: “Güney Azərbaycanda gedən mübarizələr və nəticə olaraq bu günü” Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız! Türkel Araşdırma Qurumu özünün növbəti toplantısına yığışıb. Biz bu dəfə də “Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış”la bağlı fikirlərimizi bölüşəcəyik.
“Uluyol-Hünər Ailəsinin IX “Ailə Günü”nün Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Nurtəkinin Yükümlüyündəki “Uluyol-Hünər” Ailəsinin 33-cü ildə IX Aylıq Toplantısının GEDİŞATI
“Ulufərəh” Ailəsinin IX “Ailə Günü”nün Gedişatı
Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin 33-ildə IX “Ailə Günün”nün GEDİŞATI
Ulusəs Atalı. Özbaşınalığın təhlükəsi
Hakimiyyət ziyalını yadların, yadlığa güdazına verə bilir. İstedadlı yazıçı-publisist, xoşxasiyyətli insan, açıqsözlü ziyalı Rafiq Tağı evinin qarşısında silahlı basqına məruz qalır. Bu hal ölkədə cəsarətli sözün qədir-qiymətinin bilinməməsindən xəbər verir. Rafiq Tağıya qarşı təşkil olunmuş zorakılıq hadisəsi onun yazıçılıq fəaliyyətinə qarşı olmaqla bərabər, həm də ictimai fikrin inkişafını əngəlləyən əməlidir.
Nurtəkin Atalı. Şərin dəyişə bilmədiyi
Rafiq Tağını ilk dəfə yazılarından tanıdım. Yazıları özü haqqında sərt adam təsəvvürü yaradırdı. Tanış olanda isə təsəvvürümü dəyişdirdi. Tələsmədən yeriyən, tələsmədən danışan, həlim səsli, dinləməyi bacaran, həmişə təbəssümlü bir adam olduğunu gördüm. Elə bil yazılarında sərt ifadə işlədən adam deyildi. Tədbirlərimizdə iştirak edirdi. Münasibətini, razılaşdığı və razılaşmadığı məqamları deyirdi. Ayrı-ayrı məsələlərə yönəlik baxışlarımızda fərqlər […]

