Xəbərlər

Soylu Atalı. İnsana doğru (V yazı)

MƏDƏNİYYƏT və AZADLIQ Hər bir xalq özünün yaratdığı mədəniyyətlə varlığını qoruyur. İnsan sürülüyə mədəniyyətlə son qoyub. İnsan həyatda nə etməli olduğunu mədəniyyətlə müəyyən edir. Başqa sözlə, mədəniyyət ulusal yaşam təcrübəsi yaradır. İnsanlar birgə istehsal yaradır, ölüsünü dəfn edir, dirisinə münasibət yaradır, bir dildə danışır, bir tarixə malik olur. Bütün bunlar müəyyən qaydalarla, nizamla həyata keçirilir. […]

Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin XI Aylıq Toplantısı keçirildi

Asif Ata Ocağının ilsırası ilə 29 Qar Ayı, 33-ildə (yanvar, 2012) İnam Evində Ocağın “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birlikdə XI “Ailə Günü” tədbiri keçirildi. “Ata Ruhuna Pənah Gətirmişik!” səcdəsi ilə tədbir başladı və Türkel “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, Ulunur “Ataya Günorta Ricası”nı dedi.

Xəbərlər

Soylu Atalı. İnsana doğru (IV yazı)

DİN və GERÇƏKLİK Bütün problemlər insana qarşıdır, hər cür uğurlar insana bağlıdır. Bizim aydınlaşdırmağa çalışdığımız bu məsələlər də insan üçündür. İndi nə dərəcədə məsələyə dərindən yanaşmağı bacarırıq – bu, bizim gücümüzün imkanıdır. Dinin insan həya­tına təsiri ardıcıl olduğu üçün daim bizim diqqətimizi məşğul edir. Biz ən çox dinin insan taleyinə mənfi təsirlərindən söz açırıq. Bəs […]

Xəbərlər

Amalın xalqlaşma yönləri

Asif Atanın ölümündən sonra Mütləqə İnam Ocağının həyatında yeni mərhələ başladı. Bir tərəfdən bölünmələr, ayrılmalar və bunun da müqabilində yox olma təhlükəsi, o biri tərəfdən təcrübəsizlik, böyük bir İntibah Yolunda başsız qalmağın yaratdığı çaşğınlıqlar. Ayaqda qalmaq, mübarizə aparmaq üçün qeyri-adi keyfiyyətlər gərək idi. Düşünmək, böyümək, özünü ötmək, Asif Atanın varlığını – işini, yerişini davam eləmək.

Xəbərlər

Soylu Atalı. İnsana doğru (III yazı)

DİN və MƏDƏNİYYƏT Mədəniyyət – xalqın (yaxud xalqların) adətində, ənənələ¬rin-də, məişətində, geyimində, yazısında, incəsənətində, musiqi-sində, ədəbiyyatında, bir sözlə, həyatın bütün sahələrində onun yönünü, simasını formalaşdıran və aqibət birliyinə xidmət edən dəyərdir. Bu dəyərin əsasında milli xüsusiyyətlər, əxlaqi keyfiyyətlər, bəşəri humanizm dayanır və yaxud dayanmalıdır.

Xəbərlər

Soylu Atalı. İnsana doğru (II yazı)

DİN və AZADLIQ İnsanın həyatında ən çox rol oynayan amillərdən biri kimi dinlərin məzmununa nəzər yetirməyi bəzi məsələləri aydınlaş-dırmaq baxımından gərəkli hesab edirik. Hər bir din müəyyən yeniliklərlə gəlsə də, əsasən ibtidai baxışlar üzərində qurulub. Təbiidir ki, ibtidai baxışlarda dayanıb qalmaq tərəqqiyə yol aça bilməz. Bəs necə olur ki, ibtidai baxışlar yaşaya bilir, inkişaf təbii […]