Siyasətə yönəlik Ata Söyləmləri – Dəyərləndirmələri QAZAX BİLİYİ Şərə qəzəbləndilər. Şəri qəzəbləndirdilər. Şər şərliyini daha artıq bildirəcək. Şərin şərliyi daha artıq bilinəcək.
Xəbərlər
Müqəddəs “Ziyarətgah Günü” Mərasiminin Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata – Ocaq İlsırasının 35-ili Müqəddəs “Ziyarətgah Günü” Mərasiminin GEDİŞATI Gün: 1 Qürub Ayı, Mərhəm günü; Yer: İnam Evi; Vaxt: saat 14.00.
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin V “Ailə Günü” aylıq Toplantısının Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 35-ci ili “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin V “Ailə Günü” aylıq Toplantısının Gedişatı Yer: İnam Evi; Tarix: 28 Od ayı, İnam günü. Vaxt: 18.00
Soylu Atalı (Ocaq Yükümlüsü). İnsana doğru
I. FƏRD və KÜTLƏ İnsan haqqında təsəvvürlər, bilgilər, axtarışlar çox mürəkkəbdir və müxtəlifdir. İnsanın mənşəyi, psixologiyası, sosial həyatı, ictimai mövqeyi haqqında çoxsaylı mülahizələr ortaya qoyulmuş, əksər hallarda insanın fərd olaraq dərk olunması arxa plana keçmişdir. Biz insanın mənşəyi haqqında gərgin axtarışları təbii sayırıq. Bu, idrak məsələsidir. İdrak cavab tapmamış axtarışları dayandırmır. İnsan hardan başlayır, insan […]
Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı
QAYDA Dünya dəyişkəndir, ancaq Dəyişkənliyin özü Dəyişməzdir. Dünyadakılar ötəridirlər, ancaq Ötəriliyin özü Əzəlidir. Dünyadakılar keçicidirlər, ancaq Keçiciliyin özü Əbədidir. Dünyadakılar sonludurlar, ancaq Sonluluğun özü Sonsuzdur.
Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı
HƏQİQƏT Məhəbbətsiz ailə – İstehsalatdır.