Xəbərlər

Üstün Atalı. Şabran səfərim

Bu günlərdə oğlum Elqala ilə birlikdə Şabrana ruhani səfər elədim. Bəzi ünvanlara getmək üçün bizə bələdçilik edən qələm adamları Bayram bəy və Məzahir bəylə söhbətləşdik. Asif Atanı tanısalar da, onun ideyalarından soraqsız idilər. Bir az dinlədikdən sonra Ocaq ruhuna doğma olduqlarını bildirdilər, Atanın və Ocaq Evladlarının kitablarını sevə-sevə götürdülər.

Xəbərlər

Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır

Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır… 70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış […]

Xəbərlər

Soylu Atalı. Psixologiya insanı yanlış qiymətləndirir

Bu çağa kimi insan haqqında başqa-başqa fikirlər, ideyalar ortaya qoyulubdur. Ancaq bununla belə, insan ən çox bilimin (elmin) subyekti kimi araşdırılıb, bilimin baxışları altında da qiymətləndirilib. Bu halda insanın ruhani mahiyyət daşıması elə də böyük önəm daşımayıb. Sonucda insana yiyə durmaq yerinə onu yönəltmək (idarə etmək) haqqında düşünüblər. İnsan küçümsənilib, suçlandırılıb – basqı altında saxlanılıb. […]

Xəbərlər

Üstün Atalı. Xaçmaz səfərim

Hər bir kəs gözəl mühit arzulayır, yalansız, çəkişməsiz, nifrətsiz, qayğısız. Bəs bu mühitin yaranması üçün hansı addımlar atılır? Bütün bu gözəlliklər yalnız kinoda, nağıllardamı olacaq? Birey olaraq öz ömrümlə uğraşa bilirəmsə, deməli, başqası da bunu edə bilər. Asif Atanın özüylədöyüş prinsiplərinə yiyələnmək, sağlam mühit yaratmaq, insanı uzaq düşdüyü inama çağırmaq, yeni dünya halı yaratmaq tələbi […]

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər  Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınız xoş gəlmisiniz. Amallaşma olaraq […]