HƏQİQƏT – YALAN Həqiqət – həyata sığmayan. Yalan – həyatın sığındığı.
Xəbərlər
“Atagün”, “Uluyol-Hünər”in birgə keçirəcəkləri “Ailə Günü”nün Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 38-ci ili Ocaq Ailələri – “Atagün”, “Uluyol-Hünər”in birgə keçirəcəkləri “Ailə Günü”nün Gediş Yazısı İlsıra: 16 Günəş Ayı; Yer: İnam Evi; Çağ: 15.00. Törən Odası Ocaq ruhunda hazırlanır. Hazırlığa sorumlu Türkel Atalıdır. Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir.
“Yeni İl” mərasimində deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Yeni İl” mərasimində deyilmiş fikirlər Ocaq Günsırası ilə 1 Günəş Ayı, 38-ci ildə (mart, 2016) İnam Evində Qutsal “Yeni İl” mərasimi keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı: Müqəddəs “Yeni İl” mərasimimizə başlayırıq. Söz deməzdən öncə Bayrağımızı öpür, Ataya səcdə qılıram. […]
Soylu Atalı. Asif Atanın ruhsal kimliyi və Ocaqçılıq baxışı
Ürəyinizdə Ata Günəşi olsun sayğılı soydaşlarımız – çağdaşlarımız, sabahdaşlarımız! Sizlərə sunduğumuz bu “Özəl Buraxılış”ımızdakı fikirlər, bilgilər insanlığın üzərinə yeriyən qaranlıqları işıqlandırmaq istəklərimizi ifadə edir. Bu bir Əqidə yoludur. Bu Əqidə – xalqı, bütövlükdə insanlığı içəridən çökdürən gedişlərə dirəniş göstərən İnsanlıq gücüdür. Bu yolu Asif Ata yaratmış, bizlərə öyrətmiş, sizlərə örnək vermişdir. Bir ev uçanda, uçurulanda […]
İnam Evi dərgisinin “Özəl Buraxılış”ı – “Ata Yolu”nun yeni sayı çapdan çıxdı
Ürəyinizdə Ata Günəşi olsun, sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı yeni əməlləri ilə Ocaqsevərləri və bütövlükdə oxucuları bilgiləndirir. Bu günlərdə, hər il olduğu kimi, gələnəksəl bir əməl – Günsıra (təqvim) vizitlərinin çapı gerçəkləşdirildi. Üzdən adi bir iş kimi görünən bu əməli ona görə qabardırıq ki, Günsıra vizitində aylar və yeddicənin (həftənin) günləri ulusal adlarla […]
Qutsal “Yeni il” Mərasiminin Gediş yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 38- ci ili Qutsal “Yeni il” Mərasiminin Gediş yazısı Yer: İnam Evi (İçərişəhər); Gün: 1 Günəş Ayı; Baş: 14-00 Mərasim keçiriləcək oda Ocaq ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Üstün Atalıdır. Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir. Hamı: “Ata Ruhuna qovuşduqca İnamımız bütövləşir!” deyir.