Bu gün fəlakət evimizin içindədirmi deyək, evimizin içindəki fəlakət böyüyürmü deyək?! – Ancaq bunun qarşılığında Millətçilik meydanı yeni “nikbin” şüarlarla dolmaqdadır. Bizim toplumumuzu şirnikdirmək çox asandır. Türkiyəni faktiki çöküş durumuna gətirən Ərdoğanı “əlhəmdülillah müslümanam” deməklə Türk dünyasının qəhrəmanı elan edirlər. ABD-İngiltərə-İsrail üçlüyü Ərdoğanın köməyi ilə Türkiyəni üzük halqası kimi çevrələdilər, – İraq, Liviya, Suriya bir-birinin ardınca darmadağın edildi, eyni halda, içəridən milli sistemi, milli strukturları çökdürdülər. Türkiyənin çevrəsini dağıdarkən, bütün hallarda kürdlərin terror birləşmələriniqullandılar, qarşılığında onlara böyük ərazilər pay verildi. Ardınca Fələstin (İranın bölgədə əsas dayaqlarından biri) vuruldu, Ərdoğan “ey İsrail”, “ey Amerika” bağırtılarından uzağa getmədi. Çox usta oynayırdı, artıq bütün oyunları deşifrə olunub. Ancaq yenə də bir çox mürgü vuranların yuxusunda Ərdoğan bölgə lideridir. Silah-dron istehsalı parlaq işıq kimi dolur gözlərə. Heç kim fərqinə varmır ki, Ərdoğan İsraillə nədən diplomatik bağlantılarını dayandırmır. İndi ABD-İngiltərə-İsrail üçlüyü Orta Doğuprojelərinin yeni aşamasına keçiblər. Sonrakı əngəli – İranı ortadan qaldırmaq üçün. Bizimkilər də toy-bayram edirlər.
Biz illərdir İran türklərinin yaşadıqları acı tale ilə bağlı hər cür açıq baxışlar sərgiləmişik. İstər basın orqanlarında, istər “Güney Azərbaycan uluslararasıradiosu”nda İrandakı molla rejiminin eybəcərliklərinə qarşı yetərincə çıxışlar etmişik. İllər öncə “Səhər 2” telekanalında bizə qarşı açıq hədələr də səsləndirilmişdi. Bəzi dostlarımızınbildirdiklərinə görə “Təbriz ali dini-ruhani şurası” (ola bilər adını tam doğru demirəm) haqqımızda daş-qalaq fətvası da vermişdi.
Söz yox, bu rejimin mahiyyəti eybəcərlikdən oluşduğuna görə onun hədələrdən böyük ləyaqəti ola bilməz. Bu, məsələnin ayrı bir yanı. Ancaq bu gün ABD-İngiltərə-İsrail niyyətlərinin yanında İrana qarşı durmaq yolverilməzdir. Bilmək gərəkdir, onlar bölgələri heç kimin xeyrinə vurmurlar, vurmayacaqlar. Bütünlüklə özlərinin mənfur istəklərini doğrultmağa çalışırlar. Bu istəklərin içində İran Türklərinin potensial gücünü, canlı qüvvəsini sıradan çıxarmaq da var. Bu azğın güclər bölgədə yeni bir türk dövlətinin, gücünün yaranmasını nədən istəsinlər ki?! İranda iç savaş başlasa, yenə əsas qullanılan qüvvə kürd-terror birləşmələri olacaq, yenə bu birləşmələrə yeni torpaqlar verib terrorbaşını da başçı seçəcəklər, eynənİraqda, Suriyada olduğu kimi. Bütövlükdə İranın başında isə kimin durmasının elə bir önəmi qalmayacaq.
II Qarabağ savaşında İranın ermənilərin yanında olmasını əsas götürüb Azərbaycanın (o Taylı, bu Taylı) üzərinə gələn fəlakəti gözardı eləməzlər. Söz yox, İran rejiminin Azərbaycana sağlam münasibəti ola bilməz. Çünkü İranda 40 milyonluq bir gücümüz var. Molla-fars rejimi üçün bu göstərici ciddi bir başağrısıdır. Ancaq İranın Azərbaycana qarşı olmasının tək nədəni bu deyil. Bu gün Azərbaycan İsrailin əlaltısıdır, – bunu hamı bilir. Molla rejiminin bir saylı düşməni olan İsrailin Azərbaycanda oturuşmuş etkisi, çəkisi var (bu an deyilməsi çətin olan daha çox şey var). Bizim üçün İsrail də, Molla rejimi də eyni dərəcədə qorxu qaynaqlarıdır. Düşüncəmizə görə, gec də olsa, tez də, İranda türklərə, eləcə də başqa toplumlara qarşı amansız olan Molla rejimini həmin toplumlar (özləri üçün) devirməli idilər. Ancaq ortada heç bir ciddi hazırlıq yox, siyasi güc, hərəkat yox, dünyanı özləri üçün dağıdıb yenidən şəkilləndirənlərdən bizim üçün dövlət, ya da bizim də gücünə güc qatacağımız dövlət qurmalarına inanmaq nə qədər ağrılı izləmələrdir. Necə sadəlövh sevinclər qaynaşır sosial şəbəkələrdə: İsrail bizim azadlığımız, ağ günə çıxmağımız üçün dövlətini bombalatdırır, insanlarını qırdırır…
İlandan mədəd gözləyənin sarfası ağzında gəzər…
Yenə də fəlakətlərə hazırlıqsız yaxalanmışıq. Diləklərimiz Türkə, Təbrizə yar olsun!
17 Şölə Ayı, 47-ci il.
(iyun, 2025).



