Hər kəsə günaydın.
Bir neçə il öncə götür-qoy edərək araşdırdığımız, axır-son uğurlu bir sonuc əldə elədiyimiz olay başa çatdı. Soykökümüz Talıboğulları ilə bağlı kitabımız işığa çıxdı. Bir neçə qola ayrılmış soykökümüzlə bağlı bilgiləri yığcam bir tarixi oçerkdə sistemləşdirdik. Bu işdə bizə ideya-düşüncə açısından yardım edən Dağ Borçalıdan (Mollaevdən) Tahir Talıblıya; Qaraqoyunlu mahalından Cavanşır, Rizvan Talıboğullarına; Qaraçöp mahalından Mehman, Mikayıl Talıboğullarına; Qazaxdan Fikrət Talıboğluna dərin sayğılarımı bildirirəm. Adlarını çəkdiyim bölgələrin Talıboğulları bir kökə, bir özülə bağlıdırlar. Özül – Nuh Talıb deyilən ulu babamızın nəvəsi Xalıl Talıboğluna dayanır (yəni ayrılıb hərəsi bir bölgədə yerləşən qardaşların atalarına).
Nuh Talıb Qaramanoğulları tayfasından olmaqla Türkün Avşarlar boyundandır. Bununla bağlı kitabda daha geniş açıqlamalar verilibdir. Soyumuz üçün xeyirli-uğurlu olsun.
Yaxın çağlarda kitabın tanıtım`ı (təqdimatı) keçiriləcək. Bakıda, Sumqayıtda yaşayan bütün Talıboğulları çağrılıdır (dəvətlidir). Günü dəqiqləşəndən sonra bilgi (elan) veriləcəkdir.
7 Od Ayı, 47-ci il.
(iyul, 2025).




